Yatmış şəxsi namaz üçün oyatmağın hökmü

Sual: Mükəlləf şəxs yatacağı təqdirdə sübh namazına oyanmayacağını bilsə, namazı qılması üçün oyaq qalması vacibdirmi? Əgər yatsa və namaza da oyanmasa, günah etmiş olurmu?

Cavab: Mükəlləf şəxs onu namaza oyatmasını başqasına tapşırıb vəzifələndirə, yaxud zəngli saat və bu kimi vasitələrdən istifadə edə bilər. Əgər bu mümkün olmasa, yatdığı üçün günah etmiş olmur. Lakin onun yatması ürfün nəzərində namaza qarşı səhlənkarlıq etmək və ona əhəmiyyət verməmək sayılarsa, günah etmiş olur.

Sual: Yatmış şəxsi namaz üçün oyatmaq vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Yatmış şəxsi (namaz) vaxtının keçəcəyindən qorxduğu üçün namaza oyatmaq vacibdirmi? Bununla bağlı valideynlərin vəzifəsi nədir?

Cavab: Onun (yatmış şəxsin) narazı olmayacağını və əziyyət çəkməyəcəyini bilsə, icazəlidr. Amma namaza qarşı səhlənkarlıq olarsa, (oyatmaq) vacibdir.