Ümumi parklar

Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi?

Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil.

Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi?

Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri kimi ümumi yerlərə icazəsiz nəzərdə tutulmayan məqsəd üçün daxil olmaq olmaz. Sahibinin icazəsi olmadan oradakı su ilə dəstəmaz almaq və həmin yerlərdə namaz qılmaq doğru deyil. Həmin yerlərin qapılarının hamının üzünə açıq olması orada namaz qılnmasına razı olmaları mənasına gəlmir. Həmin yerlər hamının istifadəsinə verilmiş ümumi parklar və istirahət güşələri kimi deyil.

Sual: Musiqi səsləndirilən parklara daxil olmağın hökmü nədir?

Cavab: Halal musiqi səsləndirilən parklara daxil olmaq və halal musiqi səsləndirildiyi müddətcə həmin musiqiyə qulaq asmaq icazəlidir.

Musiqi səsləndirilən ictimai yerlərə, hətta həmin müsiqi ləhv məclislərinə münasib olsa belə, daxil olmaq icazəlidir. Lakin bu şərtlə ki, həmin müsiqini bilərəkdən dinləməsin. Qonaqların qarşılanması üçün hazırlanmış salonlar, ümumi parklar, restoranlar, çayxanalar və bu kimi yerlərdə səsləndirilən musiqilər ləhv məclislərinə münasib olsa da həmin yerlərə daxil olmaq icazəlidir. Çünki haram musiqini eşidib onu dinləməməyin heç bir maneəsi yoxdur.

Sual: Ticarət mərkəzləri, ümumi parklar, uşaq oyun mərkəzləri kimi yerlərdə haram musiqinin səsləndirildiyi məlum olduğu halda həmin yerlərə getmək  icazəlidirmi? Həmin yerlərin məsul şəxslərini – təsirli olacağı ehtimal olunduğu halda – haramdan çəkindirmək vacibdirmi?

Cavab: İcazəlidir. Təsirli olacağı ehtimal olunarsa, (haramdan) çəkindirmək vacibdir.