Təməttö həcci

Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır?

Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır:

1.     Miqatlardan birində ehram bağlamaq.

2.     Kəbənin ətrafında təvaf etmək.

3.     Təvaf namazı qılmaq.

4.     Məscidul-hərama yaxın olan Səfa və Mərva arasında səy etmək.

5.     Təqsir; yəni, saç, ya saqqal, ya da bığdan bir miqdar kəsmək.

Sual: Təməttö həccində ümrə, həcdən əvvəl yerinə yetirilməlidirmi?

Cavab: Bəli, ümrəni həcdən əvvəl yerinə yetirmək vacibdir.

Sual: Təməttö həcci neçə ibadətdən ibarətdir?

Cavab: Təməttö həcci iki ibadətdən ibarətdir; birinci ibadət ümrə, ikinci ibadət isə həcdir. Bəzən sadəcə ikinci ibadətə, təməttö həcci deyilir.

Sual: Ümrə və həcc Şəvval ayından əvvəl edilsə, düzgündürmü?

Cavab: Ümrə və həccin hər ikisi Həcc aylarında (Şəvval, Zilqədə və Zilhiccə) olmalıdır. Beləliklə, əgər ümrənin bir hissəsi Şəvval ayından əvvəl edilərsə, ümrəsi düzgün olmaz.

Sual: Vaxt genişliyində təməttö həcci üçün ehram bağlayıb, Ərəfə günü Günəşin zavalına qədər təvaf və səyini geciktirən şəxsin ümrəsinin hökmü nədir?

Cavab: Batildir. Güclü görüşə əsasən, İfrad həccini “rəca” niyyətilə yerinə yetirməsi mümkün olsa da, zahirən İfrad həccinə keçə bilməz. Hətta güclü görüşə əsasən, ümrəsinin təvaf, təvaf namazı, səy, həlq (baş qırxdırmaq) və yaxud təqsir əməllərinin niyyətini ifrad həccini və ümrəsini də əhatə edəcək şəkildə geniş tutmalıdır.

Sual: Təməttö ümrəsini yerinə yetirən şəxsin, həcci tərk etməsi caizdirmi?

Cavab: Təməttö ümrəsini yerinə yetirən şəxsin bilərəkdən müstəhəb olsa belə, həcci tərk etməsi caiz deyildir. Bəli, əgər həcci yerinə yetirməyə gücü olmasa, ən yaxşısı budur ki, icra etdiyi təməttö ümrəsini Müfrədə ümrəsi qərar verib Nisa təvafını yerinə yetirsin.

Sual: Təməttö ümrəsinin əməllərini yerinə yetirməyən şəxs, Məkkəyə geri dönməyə gücü olsa, Məkkədən çıxa bilərmi?

Cavab: Zahirən, əməllər tamamlanmadan Məkkədən çıxa bilər. Əlbəttə, ən yaxşı budur ki, Məkkədən çıxmasın.