Siqaret çəkməyin hökmləri

Sual: Həkimlər siqaret çəkməyin insanda qəlb və xərçəng xəstəliklərinin yaranmasına, həmçinin ömrün qısalmasına səbəb olduğunu söyləyirlər. Aşağıda qeyd olunan hallara əsasən, siqaret çəkməyin hökmü nədir?

1. Siqaret çəkməyə ilk dəfə başlamaq.

2. Siqaret çəkməyə adət etmiş şəxs.

3. Siqaret çəkənlərin yanında əyləşmək. Həkimlər siqaret çəkməyən şəxsin, siqaret çəkənin yanında əyləşdiyi təqdirdə, zərər çəkəcəyini söyləyirlər. Siqaret çəkməyən şəxsin siqaret çəkənin yanında zərər çəkmək ehtimalı olduğu halda əyləşməsi.

Cavab:

1. Siqaret çəkmək ona gələcəkdə olsa belə, böyük zərər yetirərsə - istər böyük zərərlə üzləşməsi məlum olsun, istərsə də ağıl sahibləri tərəfindən qorxulu olmasına ehtimal verilsin – haramdır. Lakin o,  böyük zərərlə üzləşməyəcəyinə əmin olarsa, məsələn, əgər az çəkəcəyini bilərsə, bu halda siqaret çəkməyinin maneəsi yoxdur.

2. Əgər siqaret çəkməyə davam etməsi ona böyük zərər yetirərsə, bu halda onu tərk etməlidir. Lakin siqareti tərk etməsi ona, çəkməyə davam etməsilə eyni dərəcədə, yaxud daha çox zərər yetirərsə, ya da siqareti tərk etməklə dözülməz çətinliyə düşərsə, bu halda siqaret çəkməsi caizdir.

3. Siqaret çəkənin yanında əyləşən şəxsin hökmü, birinci bənddə deyilən hökmlə eynidir.