Surroqat (daşıyıcı) ana

Sual: 1) Sövdələşmənin qanuniliyinin həddi... Əgər qanunidirsə, surroqat ana doğulmuş uşağı təhvil verməyə məcburdurmuı?

2) Qadının bir neçə ailəyə surroqat analıq etməsinin hökmü nədir? Həmin ailələrin uşaqları arasında evlənmək ehtimalına bunun nə təsiri var?

Cavab: 1) Mayalanmış yumurtalığı qəbul etmək müqabilində müəyyən məbləğ almaqla razılaşmanın maneəsi yoxdur. Amma surroqat ananın (rüşeymə) “ana” olmasını nəzərə alaraq uşağı verib-verməməsi məsələsinə gəlincə, bu, mübahisəli mövzudur. İlk iki ildə uşağın təminatı ataya və anaya bərabər şəkildə vacibdir. Bəli, əldə edilən razılığa əsasən əgər analığın dəyərləndirilməsinə görə uşağın təminatı yumurtalığın sahibinə həvalə olunarsa, bu şərtə əməl etmək lazımdır.

2) Surroqat ananın (rüşeymə) “ana” olduğuna görə, vacib ehtiyata əsasən, ona övladlıqda müştərək olanlar arasında bacı-qardaşlıq hökmləri tərtib olunmalıdır. Digər şaxəli əlaqələrdə də vəziyyət, habelə, onun analığıma görədir.

Allah doğru yola yönəldəndir!