Namazda salam vermək

Sual: Namazda salamın sonunda başı sağa və sola çevirmək müstəhəbdirmi?

Cavab: Salam deyərkən göz ucu ilə işarə etmək müstəhəbdir.

Sual: Namazın salamları vacibdirmi? Salamların düzgün forması necədir?

Cavab: Salam hər namazın sonuncu vacib əməlidir. Təşəhhüddə olduğu kimi oturulu halda aramla deyilməlidir. Salam (vacib salam) iki  cümlədən ibarətdir. “Əssəlamu aleyna və əla ibadillahis-salihin”“Əssəlamu aleykum və rəhmətullahi və bərakatuhu”. İkinci cümlədə “Əssəlamu aleykum” deyib ardını deməmək yetərlidir. Vacib ehtiyata əsasən, birinci salamı deyilsə də ikinci salam tərk olunmasın. Salamların hər ikisini birlikdə deyilməsi və bu salamalardan əvvəl “Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh” deyilməsi müstəhəbdir.

Sual: Salamların düzgün forması necədir?

Cavab: Salam hər namazın sonuncu vacib əməlidir. Təşəhhüddə olduğu kimi oturulu halda aramla deyilməlidir. Salam (vacib salam) iki  cümlədən ibarətdir. “Əssəlamu aleyna və əla ibadillahis-salihin”“Əssəlamu aleykum və rəhmətullahi və bərakatuhu”. İkinci cümlədə “Əssəlamu aleykum” deyib ardını deməmək yetərlidir. Vacib ehtiyata əsasən birinci salamı deyilsə də ikinci salam tərk olunmasın. Salamların hər ikisini birlikdə deyilməsi və bu salamalardan əvvəl “Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh” deyilməsi müstəhəbdir.

Sual: Salamları ərəb dilində demək vacibdirmi?

Cavab: Salamları ərəb dilində demək vacibdir. Həmçinin salamları deyərkən təşəhhüddə olduğu kimi oturulu halda olmaq və aramlıq vacibdir. Salamları yerinə yetirməkdə aciz olan şəxs təşəhhüdü yerinə yetirməkdə aciz olan şəxsin hökmlərinə riayət etməlidir.

Sual: Namazda “Əssəlamu aleyna və əla ibadillahis-salihin” sözünü deməsində şəkk etdiyi üçün yenidən (bu sözü) deyən şəxsin hökmü nədir?

Cavab: Əgər bu şəkk əməl yerinə yetirdikdən sonra baş verən şəkk kimi etina olunmayan şəklərdən olarsa, vacib ehtiyata əsasən, “Əssəlamu aleyna və əla ibadillahis-salihin” salamını tərkar demək icazəli deyil. (Bu halda) sonuncu salamı deməlidir. Çünki sonuncu salam hər bir halda yetərlidir.

Sual: Bəzilər namazın salamlarından sonra üç dəfə əllərini budlarına vuraraq “Allahu əkbər” deyirlər. Namazda bu əməli etmək düzgündürmü?

Cavab: Düzgündür.

Sual: Namazın salamlarında iki dəfə “Əssəlamu aleykum və rəhmətullahi və bərakatuhu” deyən şəxsin hökmü nədir?

Cavab: Bunun heç bir zərəri yoxdur.

Sual: Əgər namazın salamını deyərkən “Əs-səlamu aleykum cəmiən və rəhmətullahi və bərakatuhu” desəm, bunu namaza zərəri varmı?

Cavab: Bəli, zərəri var. Bunu tərk etmək vacibdir.

Sual: Mən namazda “Bismillahi və billahi və xeyrul-əsmail-husna kulluha lilahi və əşhədu əlla ilahə illəllahi vəhdəhu la şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu. Və təqəbbəl şəfaətəhu fi ummətihi vərfə dərəcətəhu. Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuhu. Əssəlamu aleyna və əla ibadillahis-salihin. Əssəlamu aleykum və rəhmətullahi və bərakatuh. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd” deyirəm. Sonra üç dəfə əllərimi qaldırıb budlara vuraraq “Allahu əkbər” deyirəm. Bu, icazəlidirmi?

Cavab: Belə demək düzgündür: “Bismillahi və billahi vəl həmdu lillahi xeyrul-əsmai lilahi əşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd. Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuhu. Əssəlamu aleyna və əla ibadillahis-salihin. Əssəlamu aleykum və rəhmətullahi və bərakatuh”. Həmçinin “Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd.. Əssəlamu aleykum.  deməklə kifayətlənsən düzgündür. Üç dəfə “Allahu əkbər” demək namazın tərkib hissəsindən deyil, namazın təqibat əməllərindəndir.

Sual: “İzahlı şəriət məsələləri” kitabında sonuncu salamda “və rəhmətullahi və bərəkatuh” demədən “Əssəlamu aleykum” deməyin yetərli olduğunu oxumuşam. Lakin Londonda yerləşən “İmam Əli” cəmiyyətinin internet səhifəsindən (aldığım cavabda) “Əssəlamu aleykum və rəhmətullahi və bərakatuh”  deməli olduğumu yazıblar. Sonuncu salamı necə demək vacibdir?

Cavab: “Əssəlamu aleykum” demək kifayətdir. Lakin ikinci formada demək müstəhəb ehtiyatdır.