Müəllim şagirdi vura bilərmi?

Sual: Müəllim şagirdi vura bilərmi?

Cavab: Məktəbdə şagirdi qəyyumunun, yaxud qəyyumu tərəfindən məsul təyin edilmiş şəxsin icazəsi olmadan vurmaq, mütləq şəkildə icazəli deyil.

Sual: Şagirdi – müəllim kimi – qəyyumundan qeyrisinin vurması icazəlidirmi?

Cavab: Uşağın qəyyumundan, yaxud qəyyumu tərəfindən təyin edilmiş məsul şəxsdən başqasının, o, haram iş gördüyü və ya başqalarına əziyyət verdiyi təqdirdə, tərbiyələndirmək məqsədi ilə vurması icazəli deyil. Uşağın qəyyumunun, yaxud qəyyumu tərəfindən təyin edimiş məsul şəxsin onu tərbiyələndirmək məqsədi ilə əzab verməmək və bədənini qızartmamaq şərti ilə yüngülcə vurması icazəlidir. Lakin vurmaq üç dəfədən artıq olmamalı və bu, tərbiyə etmək məqsədi güdməlidir. Uşağın (böyük) qardaşı yalnız onun qəyyumu, yaxud qəyyumu tərəfindən təyin edilmiş şəxs hesab olunduğu təqdirdə, onu vura bilər.

Sual: Şagirdi (yaramaz işlərdən) çəkindirmək yalnız zor tətbiq etməklə mümkün olarsa bu halda, onu tərbiyələndirmək məqsədi ilə vurmaq icazəlidirmi?

Cavab: Şagirdi (yaramaz işlərdən) çəkindirmək yalnız zor tətbiq etməklə mümkün olarsa və onun qulağını çəkmək kimi yüngül cəzalar fayda verməsə, ehtiyata əsasən, üç dəfədən çox olmamaq şərti ilə kötəkləmək icazəlidir və tərbiyələndirmək barədə şagirdin qəyyumuna məlumat verilməlidir. Əgər ölkə məktəblərində tərbiyələndirmək üçün vurma üsulu normal haldırsa, bu zaman uşağı məktəbə daxil etmək tərbiyələndirmək üçün həmin üsuldan istifadəyə (qəyyum tərəfindən) sükutla qarşılanan razılıq hesab etmək olar. Lakin hər bir halda, vurmaq bədənin qızarması və qaralmasına səbəb olmayacaq qədər yumşaq olmalıdır. Əks təqdirdə, (vuran şəxsə) diyə (qan bahası) vacib olar.