İçki verilən süfrə arxasında oturmaq

Sual: Müsəlman bir şəxsə görə onun oturmuş hesab ediləcəyi (bir təqdirdə) içki olan masa arxasında əyləşməsi haramdır. Burada “Masa” dedikdə nə nəzərdə tutulur? Çox sayda masalardan ibarət olan bir məclis? Yoxsa ki, sadəcə bir masa, hansı ki, iki masa arasında məsafə olduqda, (içki qoyulmayan) arxasında oturmaqa icazə verilirmi?

Cavab: Nəzərdə tutulan, süfrənin vəhdətidir. Bilirik ki, şərab və sair məstedici içkilər içilən süfrə arxasında oturmağın haramlığı ehtiyata əsasəndir. Bəli, həmin süfrədən yemək və içmək, ən güclü rəyə əsasən, haramdır.

Sual: Müsəlman bir şəxs bir kafeyə daxil olaraq oturub çay içir. Tanımadığı bir şəxs gəlib onun oturduğu masada əyləşərək şərab içərsə, ona çayını yarımçıq qoyub çıxması gərəkirmi?

Cavab: Bəli. Bundan öncə də qeyd etdiyimiz kimi ona həmin masadan qalxması gərəkir.

Sual: (Spirtli) içki içilən süfrədən yemək yeyilməsinə içazə varmı?

Cavab: (Spirtli) içki növlərindən və ya məstedicilərdən biri içilən masadan, nəinki, yemək yemə, həmçinin bu masa arxasında əyləşmək belə ehtiyata əsasən haramdır.

Sual: Yığıncaqlarda adətən qonaqlara spirtli içkilər təqdim olunur. Bu qəbil yığıcaqlarda iştirak etməyin bir qəbahəti varmı?

Cavab: Spirtli içki içilən masa arxasında yemək yeyilməsi, nəinki, olmaz, habelə, vacib ehtiyata əsasən, bu qəbil masalar arxasında əyləşilməməlidir.

Sual: Müsəlman bir şəxs yemək ilə birgə (spirtli) içki də verilən yerlərə vaxtaşırı gedə bilərmi?

Cavab: Müsəlman bir şəxs yemək ilə birgə (spirtli) içki də verilən yerlərə vaxtaşı gedə bilər. Bir şərt ilə ki, onun gedişi həmin yeməkxanaların işinin reklamı xarakteri daşımasın. Lakin içki içilən masadan yemək yeməməli və vacib ehtiyata əsasən, belə masalar arxasında əyləşməməlidir. Onun içki içənin masasına qonşu masalarda əyləşməsinin qəbahəti yoxdur.

Sual: Müsəlman bir şəxs spirtli içkilər təqdim olunan məclislərdə iştirak edə bilərmi?

Cavab: Həmin məclislərdə yemək və içmək haramdır. Sadəcə iştirak etməyə gəlincə, bunun haramlığı lazim ehtiyata əsasəndir. Belə ki, əgər onun pisliklərdən çəkindirmək (nəhy əz münkər) bacarığı varsa, bu məqsədlə elə məclislərə getməsinin qəbahəti yoxdur.

Sual: Spirtli içki içilən masadan yemək yemək haramdırmı?

Cavab: Spirtli içki və ya məstedici içkilər içilən masadan yemək yeyilməsi haramdır. Həmçinin, belə masa arxasında əyləşmək vacib ehtiyata əsasən, haramdır.