İt alış-verişi

Sual: Qərb ölkələrində it alış-verişi  bazarları var. Əyləncə məqsədi ilə it alıb satmaq icazəlidirmi?

Cavab: Bu iş icazəli deyil.

Sual: Bəzi qadınlar qorunmaq və əyləncə məqsədi ilə özləri ilə it gəzdirir. Qorunmaq məqsədi ilə it almaq icazəlidirmi? Bu növ itlərin alış-verişi və ya kirayəsi icazəlidirmi?

Cavab: Alış-verişi düzgün deyil. Lakin it kimin ixtiyarındadırsa, onun üçün bu icazəlidir.  Belə ki, sahibiniə iti tərk etməsi üçün müəyyən miqdarda pul verməyin heç bir maneəsi yoxdur.  O, itdən əl çəkdikdən sonra pul verən şəxs onu özü üçün götürə bilər. Bununla da pul verən şəxs itə sahib çıxmış olur. (Şəriət hökmlərinə əsasən murdar və haram olan heç bir şey müsəlmanın mülkiyyətinə daxil olmur).  İti halal olan mənfəət növlərində istifadə etmək üçün kirayə etməyin heç bir maneəsi yoxdur.        

Sual: Qərb ölkələrində gözdən əlil olanların yolda rahat gəzmələri üçün xüsusi öyrədilmiş itlər var. Belə itləri almaq və ya alış-verişini etmək icazəlidirmi?

Cavab: Bu sualın hökmü də əvvəlki sualın cavabında qeyd olunduğu kimidir.

Sual: Mən it xoşlayıram. Bilmək istiyirəm; it alıb həyətimdə saxlamağım icazəlidirmi?

Cavab: İt alıb satmaq icazəli deyil. Həyətdə it saxlamaq icazəlidir. Lakin it murdar olduğu üçün rütübətlə təmas etdiyi hər bir şeyi murdar edər.

Sual: Mənim zoomağazam var. İt alış-verişi ilə də məşğul olamq istəyirəm. Bu icazəlidirmi?

Cavab: Şəriətdə it və donuz üçün dəyər qəbul olunmur. Lakin sən müştəridən pul alıb itdən əl çəkə bilərsən. Öz növbəsində də o, itə sahib çıxaraq onu götürsün.

Sual: Qərb ölkələrində it alış-verişi  bazarları var. Əyləncə məqsədi ilə it alıb satmaq icazəlidirmi?

Cavab: İcazəli deyil. Lakin it alıbsa, onu satmaq istəsə, müəyyən məbləğ müqabilində onu tərk edə bilər.

Sual: Fəqihlərin fətvalarında ov itindən başqa itlərin alış-verişinin haram olması qeyd olunub. Qorunmaq məqsədi ilə, yəni ev və həyəti qoruması üçün it alış-verişi etməyin hökmü barədə Sizin rəyiniz nədir?

Cavab: (İt alış-verişi) icazəli deyil. Lakin itin sahibiniə itdən əl çəksməsi (tərk etməsi) üçün müəyyən miqdarda mal verə bilər. Sonra da mal verən şəxs onu özü üçün götürə bilər.