Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir?
Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur.
Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır?
Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin “Bismillah”-ı da səssiz oxunsun.
Sual: Ehtiyat namazında surə və qunut varmı?
Cavab: Ehtiyat namazında surə və qunut yoxdur.
Sual: Əgər insana iki rəkət ehtiyat namazı vacib olarsa, onu necə qılmalıdır?
Cavab: Bu halda, iki səcdədən sonra, əvvəlki rəkət kimi bir rəkət də qılıb, təşəhhüd və salamları deməlidir.
Sual: Əgər insana bir rəkət ehtiyat namazı vacib olarsa, onu necə qılmalıdır?
Cavab: Bu halda, iki səcdədən sonra, təşəhhüdü oxuyub salam verməlidir.
Sual: Ehtiyat namazı ona vacib olan şəxs, nə etməlidir?
Cavab: Ehtiyat namazı ona vacib olan şəxs, namazının salamından sonra dərhal ehtiyat namazınln niyyətini etməli; Fatihəni oxuyub rukuya getməli və sonra səcdə etməlidir.