Dəstəmaz

Sual: Dəstəmazda vacib olan yerlər hansılardır?

Cavab: Dəstəmazda üzü və əlləri yumaq, başın ön hissəsinə ayaqlarının üzərinə məsh çəkmək vacibdir.

Sual: Corab və ayaqqabının üzərinə məsh çəkmək caizdirmi?

Cavab: Corab və ayaqqabının üzərindən məsh çəkmək batildir; amma şiddətli soyuq, oğru, yırtıcı heyvan təhlükəsi və bu kimi səbəblər üzündən corab və ayaqqabısını çıxarmasa, onların üzərindən məsh çəkməli və təyəmmüm də almalıdır.

Sual: Ayağın üzəri nəcis olarsa, nə etməliyik?

Cavab: Ayağın üzəri nəcis olarsa və məsh çəkmək üçün yuya bilmirsinizsə, təyəmmüm etməlisiniz.

Sual: İrtiması dəstəmaz nə deməkdir?

Cavab: İrtiması dəstəmaz, insanın üzünü və əllərini dəstəmaz niyyətilə suya batırmasına deyilir.

Sual: İrtimasi qüsldə əlin yaşlığı ilə məsh çəkməyin hökmü nədir?

Cavab: Ehtiyata zidd olmasına baxmayaraq, zahirə əsasən, irtiması olaraq yuyulan əlini yaşlığı ilə məsh çəkməyin maneəsi yoxdur.

Sual: İrtiması dəstəmazda üz və əllər necə yuyulmalıdır?

Cavab: İrtimasi dəstəmazda üz və əllər yuxarıdan aşağıya tərəf yuyulmalıdır. Belə ki, üz və əlləri suya salarkən niyyət edib üzü alın tərəfdən və əlləri isə dirsək tərəfdən suya salmalıdır.

Sual: Dəstəmaz alarkən, dəstəmaz üzvlərinin bəzisini irtiması, bəzisini isə qeyri-irtimasi olaraq yuya bilərikmi?

Cavab: Maneəsi yoxdur.

Sual: Namazdan sonra, dəstəmaz alıb-almadığımda şəkk edərsəm, vəzifəm nədir?

Cavab: Namazdan sonra, dəstəmaz alıb-almadığında şəkk edən şəxsin namazı düzgündür; amma növbəti namazlar üçün dəstəmaz almaq lazımdır.

Sual: İnsan namaz əsnasında dəstəmaz alıb-almadığında şəkk edərsə, vəzifəsi nədir?

Cavab: Bu halda, vacib ehtiyata əsasən, dəstəmaz alıb namazı yenidən qılmalıdır.

Sual: Namazdan sonra, dəstəmazın namazdan əvvəl, yoxsa sonra batil olduğuna şəkk edən şəxsin namazı düzgündürmü?

Cavab: Bu şəxsin qıldığı namaz düzgündür.

Sual: Cəbirə dəstəmazı nə deməkdir?

Cavab: Sınıq və yaralara bağlanan sarğıya, yaxud yara və bu kimizədələrin üzərinə qoyulan dərmanlara, “cəbirə”- deyilir. Bu cür vəziyyətdə alınan dəstəmaza da “cəbirə dəstəmazı”- deyilir.

Sual: Steklovatın içində çox kiçik olan ələ batan iynə kimi bir şey olur. O ələ batdıqda onu əldən çıxartmaq olduqca çətindir. Onun əldə olduğunu barmaqlarda əli hərəkət etdirdikdə bilmək olur, yəni əl barmaqlarını həmin yerin üzərində hərəkət etdirdikdə yüngünlcə ələ batır. Həmin şey dəstəmaz və qüsl üçün maneə hesab edilirmi?
Cavab: Çıxarılmalıdır, əgər mümkün olmasa həm dəstəmaz həm də təyəmmüm almaq lazımdır.