Balıq konserviləri

Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi?

Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir.

Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı?

Cavab: Əgər onu, yalnız pullu balıqların yeyilməsini halal bilən müsəlmandan almısansa, yeməyin halaldır.

Sual: Əcnəbi (qeyri-İslami ölkələrdən gətirilmiş) balıq konservilərilə bağlı rəyiniz nədir?

Cavab: Həmin balıqların pullu olması və sudan diri çıxarılması barədə bilgi əldə edilməlidir.

Sual: Bəzi Avropa ölkələrindən və Amerikadan gətirilmiş balıq konservilərini yeyə bilərikmi? Halbuki, biz onun halal olduğuna iki cəhətdən əmin deyilik:

Birinci: Biz həmin balıqların pullu olduğunu bilmirik. Amma qutunun üzərinə pullu balığın şəkli vurulub. Qeyd etmək lazımdır ki, bu cür konserviləri istehsal edən ölkələr qutunun içində olan balığın şəklini onun üzərinə vurmaqla bağlı ciddi qanunlar tətbiq edirlər.

İkinci: Biz həmin balıqların sudan diri çıxarıldığını, yaxud balıqçı torunda və ya tilovunda öldüyünü bilmirik. Lakin məlum məsələdir ki, həmin balıqlar müasir balıqçı gəmiləri ilə tutulur, balıqlar sudan adətən diri çıxarılır və çox az hallarda onlara ölü balıqlar qarışır.

Cavab: Əgər həmin balıqların - hətta, qeyd olunan hər iki cəhət nəzərə alınmış olsa belə, - halallığına əminlik əldə olunsa, yemək icazəlidir. Əks təqdirdə, icazəli deyil.

Sual: Bazarlarda doğranmış və dondurulmuş balıqlar satılır. Balıq qutularının üzərində onun növü barədə məlumat göstərilmir və sadəcə Vyetnam mənşəli olduğu bildirilir. Belə olan halda, həmin balıqlar halaldırmı?

Cavab: Pullu olduğu  bilinmədiyi təqdirdə, həmin balıq halal hökmünü daşımır. Allah doğru yola yönəldəndir!

Sual: Bəzən konserv qutularının üzərinə balığın adı və şəkli vurulur. Qutunun üzərindəki bildirişə əsasən, onun pullu olduğunu müəyyən edirik. Belə olan halda, onun üzərindəki ad və yaxud şəkilə etimad edərək balığın növünü müəyyən edə bilərikmi? Qeyd etməliyik ki, bu işdə yalan məlumat vermək (istehsalçı) şirkəti böyük zərər və hətta, bundan da ağır cəza ilə üz-üzə qoya bilər.

Cavab: Əgər onun doğruluğuna əminlik əldə edilərsə, buna əməl etmək, icazəlidir.

Sual: Şəhərimizdə “xanı balığı” ilə məşhur olan dondurulmuş sədəfli balıq satılır. Onu yemək olarmı? Həmçinin doğranmış, sümükləri çıxarılmış və “sümüksüz” adı ilə tanınan balıq da satılır. Həmin balığı yemək icazəlidirmi?

Cavab: Ümumiyyətlə, balığın pullu olması barədə bilgi əldə edilməlidir. Əks təqdirdə, yeyilməsi halal deyil.