Uşaq dünyaya gətirmək və sonsuzluq

Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi?

Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin bu əməliyyat onun aşkar edilməsi haram olan bədən üzvlərinin baxılması və ya örtük olmadan toxunulmasından asılı olarsa, zərurət halı olmadan bədən üzvlərini açması icazəli deyil. Amma qadının nəslinin kəsilməsinə səbəb olacağı təqdirdə uşaqlığın tamamilə kəsilib götürülməsi və ya yumurtalığın götürülməsi kimi cərrahiyyə əməliyyatı etdirməsi icazəli deyil. Qadının xəstəlik zərurətindən zərər çəkməməsi üçün bunu etməsi icazəlidir. Bu hallar kişi barəsində də keçərlidir.

Sual: Seyid Sistani cənablarının süni mayalanma ilə doğulan uşaq barədə rəyi nədir?

Cavab: Baş verə biləcək (baxmaq və toxunmaq kimi) haram müqəddimə əməlləri nəzərə almasaq əgər mayalanma uşaqlıqdan kənarda baş verərsə, icazəlidir. Əks təqdirdə isə (qeyd olunan haram əməllər baş verəcəksə), (uşaq olmadığı üçün) dözülməz məşəqqət  kimi zərurət olmadıqda icazəli deyil.

Sual: Ər və arvadın kifayət edəcək sayda övladları varsa qadının uşaqlıq yollarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsinin hökmü nədir?

Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin bu əməliyyat onun aşkar edilməsi haram olan bədən üzvlərinin baxılması və ya örtük olmadan toxunulmasından asılı olarsa, zərurət halı olmadan bədən üzvlərini açması icazəli deyil. Qadının nəslinin kəsilməsinə səbəb olacağı təqdirdə uşaqlığın tamamilə kəsilib götürülməsi və ya yumurtalığın götürülməsi kimi cərrahiyyə əməliyyatı etdirməsi icazəli deyil. Amma qadının xəstəlik zərurətindən zərər çəkməməsi üçün bunu etməsi icazəlidir. Bu hallar kişi barəsində də keçərlidir.

Sual: Qadının hamiləliyin qarşısını alması üçün həblərdən istifadə etməsi icazəlidirmi?

Cavab: Əgər nütfə mayalandıqdan sonra onun tələf olmasına səbəb olmasa öz-özlüyündə icazəlidir. Əks təqdirdə isə, dözülməz məşəqqət kimi zərurət olmadıqda icazəli deyil.

Sual: Sorruqat ana olmağın hökmü nədir. Belə ki, qadın uşaq dünyaya gətirə bilimirsə, həmin qadının yumurtası ilə mayalanmış embirionu başqa qadının uşaqlığına yerləşdirirlər. Bunu etmək icazəlidirmi?

Cavab: Bu iş öz-özlüyündə icazəlidir. Lakin övrətin aşkar edilməsinə səbəb olarsa, yalnız zərurət halında icazəlidir. Həmçinin yumurta sahibi olan qadına analıq hökmlərinin şamil olunması şübhəlidir. Buna əsasən də irs və analıq haqqı kimi məsələlərdə ehtiyata əməl etmək vacibdir. Lakin oğlan uşağı dünyaya gəlsə də, ərinin oğlu olduğu üçün uşaq ona məhrəmdir. Həmçinin süd verməsə belə, həmin uşaq uşaqlıq sahibi olan qadına da məhrəmdir.