Şeir

Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi?

Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə rəvayətlər mütləq mənada məkruhluğu bildirir. Bu, etibarlı rəvayətlərin məzmununa müvafiqdir. Həmin rəvayətlərin bəzilərində haqq şeir və ya qeyrisi, əhli-beyt (ə) və ya başqası arasında fərq qoyulmur. Lakin bəzi fəqihlərin rəylərindən qeyd olunan ümumiliyə əməl etməmək anlaşılır.

Sual: Hər hansı bir şair açıq-saçıq geyinənlərin də onun şeirlərini dinləmək üçün gələcəklərini bildiyi halda özü üçün şeir gecəsi təşkil edə bilərmi?

Cavab: Bu işin özü-özlüyündə heç bir maniəsi yoxdur. Lakin şərtlər mümkün olduğu təqdirdə ona vacib olan yaxşı işlərə əmr etmək və pis əməllərdən çəkindirmək vəzifəsini yerinə yetirməlidir.