Məslus (sidiyini saxlaya bilməyən) və məbtunun (bağırsaq boşluğu olan şəxsin) hökmü

Sual: Məslus şəxs murdarın bədəninə sirayət etməsinin qarşısını almaq üçün hansı əməli yerinə yetirməlidir?

Cavab: Məslus və məbtun olan hər kəs kisə və bu kimi mümükün olan istənilən vasitə ilə murdarın bədən və ya libasına sirayət etməsinin qarşısını almalıdır. Həmin kisəni hər namaz üçün dəyişməsi vacib deyil. Lakin vacib ehtiyata əsasən, imkan olduğu təqdirdə hər namaz üçün bədəninin murdar olan hissəsi paklanmalıdır. Həmçinin yuxarıda qeyd etdiyimiz hallarda ikinci hal istisna olmaqla hökm eynidir.

 Sual: Əgər pak halda namaz qıla biləcəyi vaxt olacağını ehtimal edərsə, namazı (qəza etmədən) gec qılması icazəlidirmi?

Cavab:  Əgər pak halda namaz qıla biləcəyi vaxt olacağını ehtimal edərsə, vəziyyətinin düzələcəyi vaxtadək namazı təxirə salmaq vacib deyil. Lakin namazı tələsərək qıldıqdan sonra onun pak olacağı müddət olarsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmalıdır. Həmçinin pak olacağı bir müddətin olmayacağını ehtimal etdikdən sonra bunun əksi məlum olarsa hökm eynidir. Əlbəttə namaz vaxtından  kənar  paklıq müddətinin olması və ya həmin müddətdə sağalmasının namazın düzgünlüyünə heç bir zərəri yoxdur. 

Sual: Daimi hədəs olan (sidiyini saxlaya bilməyən və ya bağırsaq boşluğu olan) şəxsin hökmü  nədir?

Cavab: Məbtun və məslus kimi davamlı hədəsi olan şəxsin üç halı var:

Birinci: Namazı, hətta vaciblərini yerinə yetirməklə kifayətlənmək olsa da  pak halda qılmaq üçün vaxt tapması mümkün olsun. Bu halda namazı həmin müddətə qədər təxirə salmaq, istər vaxtın ortasında, istərsə də sonunda olsun, məhz həmin müddətdə namazı qılmaq vacibdir. Lakin paklıq müddəti vaxtın əvvəlində və ya ortasında olarsa, namazını qılmasa  və paklıq vaxtı bitərsə buna görə günah etmiş olsa belə öz vəzifəsinə əməl  edərərək namazını qılarsa, düzgündür.

İkinci: Pak olacağı bir müddət olmaya və ya pak olacağı müddət  paklıq (dəstəmaz və ya qüsl) və namaz üçün kifayət etməyə. Bu halda vəzifəsinin tələbinə uyğun olaraq dəstəmaz almalı və ya qüsl verməli sonra namaz qılmalıdır. Bundan sonra namazdan əvvəl və ya namaz əsnasında ondan ifraz olana (sidiyə, yelə  və ya nəcisə) heç bir əhəmiyyət verməməlidir. Ondan mübtəla olduğu  hədəsdən başqa bir hədəs baş vermədiyi və ya sağalmadan öncə olsa belə, xəstəliyinə istinad edilməyən hədəs baş verməsə, dəstəmazlı olaraq  qalır. Həmin dəstəmazla digər vacib və ya müstəhəb namazları da qılması  düzgündür. Müstəhəb  ehtiyata əsasən, hər namazdan əvvəl özünü paklasın və paklıqdan sonra birbaşa namazı qılsın.

Üçüncü: Dəstəmaz almaq və ya qüsl yerinə yetirməklə yanaşı namazın bir hissəsini qılmağa yetəcək qədər paklıq müddəti olsun. Bu halda vacib ehtiyata əsasən, dəstəmaz almalı və ya qüsl yerinə yetirməli və həmin müddət ərzində namazı qılmalıdır. Əgər namaz əsnasında və ya sonra qəflətən hədəs baş verərsə, ikinci halda qeyd etdiyimiz kimi  başqa hədəs baş vermədiyi təqdirdə, yenidən dəstəmaz almaq vacib deyil. Əgər hədəs məşəqqətə səbəb  olacaq dərəcədə təkrar olmasa və ya qəflətən baş verən hədəsin təmizlənməsi və dəstəmazın alınması və ya hər ikisi birlikdə namazın əməlləri arasında muvalatın (fasiləsizliyin) pozulmasına gətirib çıxarmaa, müstəhəb ehtiyata əsasən, xüsusilə də,  məbtun olan şəxs namaz əsnasında hər dəfə hədəs baş verdikdə dəstəmazını yenidən alsın və namazını kəsdiyi yerdən davam etdirsin. Həmçinin müstəhəb ehtiyata əsasən, namazdan sonra hədəs baş verərsə, digər namaz üçün yenidən dəstəmaz alsın.

Sual: Məbtun olan şəxs həcc ziyarətində tavaf və namazını yerinə yetirmək üçün hansı hökmə əməl etməlidir?

Cavab: Cəbirəsi olan, məbtun və məslus kimi üzürlü şəxslər üzürlü halda yerinə yetirilən paklıq hökmünə əməl etməlidir. Baxmayaraq ki,  məbtun olan şəxs tavaf və onun iki rükət namazını özü yerinə yetirməklə yanaşı başqasını bu əməlləri yerinə yetirməsi üçün naib tutması müstəhəb ehtiyatdır.

Sual: Məbtun və ya məslus olan pişnamazın arxasında camaat və ya cümə namazı qılmaq icazəlidirmi?

Cavab: İcazəlidir.