Ariyə

Sual: Ariyənin tərifi nədir?

Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir.

Sual: Ariyə hansı halda baş verir?

Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə məqsədilə köynəyini verərsə və qarşı tərəf də ariyə məqsədilə onu götürərsə ariyə düzgündür.

Sual: Ariyə verənin şərtləri hansılardır?

Cavab: Əmlakı ariyə verən şəxs mənfəətin səhibi və ya onun hökmündə olan şəxs olmalıdır. Mənfəəti qəsb edən əmlakı özü qəsb etməsə də  onu ariyə verməsi düzgün deyil. Bu, yalnız qəsb olunan şəxsin icazəsilə düzgündür.

Sual: Ariyə müqaviləsi hər iki tərəfdən (pozulması) icazlidirmi?

Cavab: Ariyənin bitəcək vaxtı əvvəlcədən təyin olunarsa hər iki tərəfin onu pozması icazəlidir. Hər iki tərəf istədiyi vaxt onu poza bilər. Bəli müəyyən müddətədək ariyənin pozulmaması şərti olarsa –  belə ki, şərtlənmiş vaxta qədər ariyə müqaviləsi pozulmamalıdır – şərt səhihdir və həmin şərt istər ariyə müqaviləsinin bir hissəsi olsun, istərsə də başqa vacib müqavilənin hissəsi olsun, həmin şərtə əməl etmək vacibdir. Bununla yanaşı günah etməsinə baxmayaraq hər hansı tərəfin (müqaviləni) pozması ilə (ariyə) pozulur.

Sual: Ariyəyə əmlak götürən şəxs malikin icazəsi olmadan həmin əmlakı ariyə və ya icarəyə verə bilərmi?

Cavab:  Ariyəyə əmlak götürən şəxs yalnız malikin icazəsilə həmin əmlakı ariyəyə və ya icarəyə verə bilər. Bu zaman əslində malik ariyə verir ariyə götürən isə onun vəkili olur. Əgər bundan sonra (birinci) ariyə götürən şəxs ariyə qabiliyyətini itirsə də, məsələn, vəfat edərsə və ya ağlını itirərsə ikinci ariyə öz hökmündə qalır.

Sual: Südündən faydalanmaq məqsədilə qoyunu ariyə vermək icazəlidirmi?

Cavab: Qoyunun südündən, yunundan faydalanmaq və mayalandırma üçün erkək qoyunu ariyəyə vermək icazəlidir.

Sual: Girov üçün ariyə vermək icazəlidirmi?

Cavab: Girov üçün ariyə vermək icazəlidir. Belə olduqda əmlak sahibi ariyəni pozub malını girov saxlayan şəxsədən geri ala bilməz. Həmçinin borcun qaytarılması üçün müəyyən vaxt təyin təyin edilibsə malik girov verəndən girovun azad edilməsini tələb edə bilməz. Başqa hallarda isə bu, mütləq surətdə icazəlidir.

Sual: Uşağın və məcnunun (dəlinin) malını ariyə vermək icazəlidirmi?

Cavab: Uşağın və ya məcnunun öz malını ariyə verməsi icazəli deyil. Həmçinin vəlinin və ya tələbkarların (borç sahiblərinin) icazəsi olmadan mülkiyyətindən istifadəsinə qadağan qoyulan şəxsin malını ariyəyə verməsi düzgün deyil. Əgər uşağın vəlisi onun malının ariyəyə verilməsində fayda olduğunu görərsə, uşaq malın ariyəyə götürən şəxsə çatdırılmasında vasitə olması icazəlidir.