Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Alış-veriş
Sual: Kreditlə avtomobil almağın hökmü barədə soruşmaq istəyirəm. Bir çox avtomobil şirkətləri və ya kreditlə yeni və işlənmiş avtomobil satışı ilə məşğul olan yerli distribüterlər var. Müştəri kreditlə avtomobil almaq üçün müraciət etdikdə bu şirkətlər və ya distribüterlər onlara maliyyə borcu ...
Ayı görməklə bağlı sorğu
Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın! Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc ...Axar su
Sual: Axar su necə olmalıdır? Cavab: 1. Təbii qaynağı olmalıdır. 2. Bir vasitə ilə düzəltsələr belə, axmalıdır. 3. Axıcılığı davam etməlidir. Sual: Axar su, kür su miqdarından az olduğu halda, ona necasət toxunarsa, pakdırmı? Cavab: Axar su, kür su miqdarından az olduğu halda, ona nəcasət toxunub ya ...Ağır peşə sahiblərinin orucunun hökmləri
Sual: Xəstəxanada işləyən bir həkim Ramazan ayında oruc tutarkən, iftardan sonra özündə yorğunluq və diqqətsizlik (fikir dağınıqlığı) hiss edir ki, bu da onun işinə mənfi təsir edir. Bu halda onun oruc tutmamasına icazə verilirmi? Cavab: Hər hansı bir şəxsin oruc tutması onun ruzi qazandığı işinə mane olursa, məsələn, onu işləməyə ...
Böhtan
Sual: Böhtan atmaq nədir? Cavab: Böhtan, etmədiyi əməli bir şəxsə nisbət verməkdir. Sual: Böhtan atmaq böyük günahlardan hesab olunurmu? Cavab: Bəli, böhtan atmaq böyük günahlardandır və haramdır.
Böyük oğul
Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ...Bоrc
Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm? Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа ...Bədəni yarmağın hökmləri
Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi? Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir. Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir? Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ...
Camaat namazı
Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.
“Cəfər – Təyyar” namazı
Sual: “Cəfər – Təyyar” namazı necə qılınır? Cavab: “Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki rəkət halında qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə “Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) ...Cənabət
Sual: Sperma xaric olduqdan sonra insan, sidiyə çıxmasa və qüsüldən sonra ondan rütubət xaric olarsa, bunun hökmü nədir? Cavab: Bu halda, xaric olan rütubət, sperma hökmünü daşıyır. Sual: Adətən qadınlardan ehtiras halında gələn, sperma gəldi deyiləcək qədər olan və paltara da ...Cərimələrin ödənilməsi
Sual: Torpaq sahəsinin sahibi ilə bir tacir birincinin ərazisində müəyyən məbləğ müqabilində yaşayış binası tikilməsi razılığına gəlirlər. Belə şərt kəsirlər ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verməlidir. Əgər tikinti mühəndisi qeyd olunmuş müddətdə təhvil verə bilməsə ev sahibinə hər ay ...
Çox şəkk etmək
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
Dua yazdırmaq
Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...
Dəri kəmər və ya çanta ilə və yaxud cins şalvarda
Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik? Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən ...Dəstəmazda başa məsh çəkmək
Sual: Dəstəmazda sığal çəkmək dəstəmazın düzgünlüyü üçün şərtdirmi? Cavab: Əgər sığal çəkməkdən məqsəd məsh çəkməkdirsə, bu, dəstəmazın düzgünlüyü üçün şərtdir. Sual: Məsh çəkərkən başın dərisinə məsh çəkmək, yoxsa saçın ...Dəstəmaz
Sual: Dəstəmazda vacib olan yerlər hansılardır? Cavab: Dəstəmazda üzü və əlləri yumaq, başın ön hissəsinə ayaqlarının üzərinə məsh çəkmək vacibdir. Sual: Corab və ayaqqabının üzərinə məsh çəkmək caizdirmi? Cavab: Corab və ayaqqabının üzərindən məsh çəkmək batildir; amma ...
Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...
Ehtiyacın həll olunması üçün oruc tutmaq
Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...
Əntiq əşyаlаrın аlış-vеrişi
Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...
Əhli-sünnə təqviminə əsasən iftar etmək
Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir? Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt ...Əqiqənin hökmləri
1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə ...Əl verib görüşməyin hökmləri
Sual: Kişinin qadına əl verməsinin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: Kişinin qadına və yaxud qadının kişiyə əl verməsinin hökmü nədir? Cavab: Arada əlcək kimi maneə yoxdursa, caiz deyildir. Sual: Kafirə qadına əl vermək haramdırmı? Cavab: Haramdır. Sual: Bir qız və ya qadın ...
Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.
Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ..."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...Gen mühəndisliyi
Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...
Hamilə qadının oruc tutmasının hökmləri
Sual: Hamilə qadının Ramazan ayında oruc tutması icazəlidirmi? Cavab: Uşaq dünyaya gətirməsinə az müddət qalmış hamilə qadın (səkkizinci və doqquzuncu aylarında) özünün və ya bətnindəki uşağın sağlığı üçün zərərli olacağından ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Hətta oruc tutmaq ona və ya ...
Həcc qurbanı
Sual: Əgər Qurbanlıq günlərində (10, 11, 12 və 13 Zil-Hiccə) sağlam dəvə, mal və yaxud qoyun tapa bilməsə, vəzifəsi nədir? Cavab: Ehtiyata əsasən, həm qüsurlu heyvanı qurban kəsməli, həm də qurbanlıq əvəzinə oruc tutmalıdır. Sual: Əgər bir şəxs, qurbanı sağlam heyvan adı ilə aldıqdan və pulunu da ödədikdən sonra ...Haram səfər
Sual: Səfər etmək haram olduğu halda müsəlman şəxsin səfərə çıxmasının hökmü nədir? Cavab: Əgər müsəlman şəxsə səfər etmək haram olarsa, onun səfəri günah səfəridir. Buna görə də dörd rükətli namazları tamam qılmalı, Ramazan ayının orucunu tutmalıdır. Günahkar olduğu müddətdə (səfər ...Hüsеyni türbə (İmаm Hüsеynin (ə) qəbrinin tоrpаğı)
Suаl: Nохud və dаhа böyük miqdаrdа Hüsеyni türbədən müаlicə məqsədi ilə istifаdə еtməyin hökmü nədir? Cаvаb: Müаlicə məqsədi ilə Hüsеyni türbədən оrtа həcmli nохud miqdаrındаn çох оlmаmаq şərti ilə yеmək icаzəlidir. Vаcib ehtiyata əsаsən, yаlnız müqəddəs qəbrin tоrpаğındаn istifаdə ...
İmtahan zamanı saxtakarlıq etmək
Sual: İmtahan zamanı hər hansı bir formada saxtakarlıq etmək, icazəlidirmi? Cavab: Məktəb imtahanlarında istər tələbələrin bir-birinə kömək etməsi, istər gizli vərəqlərdən istifadə, istər nəzarətçini aldatmaq, istərsə də nizam-intizama zidd olan qeyri-qanuni yollarla saxtakarlıq etmək, icazəli deyil. Sual: Avropanın rəsmi ...
İstibra
Sual: İstibranın düzgün qaydası necədi? Cavab: Barmaqla ğaitin məxrəcindən alətin kökünə qədər üç dəfə çəkmək sonra bir barmaq alətin üstündə, digəri isə altında olmaqla alətin sünnət yerinədək üç dəfə çəkmək və üç dəfə alətin baş hissəsini sıxmaq. Sual: Hər dəfə sidik ifraz etdikdən sonra qüsl etməliyəmmi? Cavab: Vacib deyil. Əgər cinsi ...İslami kəsim
Sual: Bildiyiniz kimi, bütün dünyada toyuq istehsalında onların kəsilməsi əllə deyil, avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu artıq adi hal alıb. Bu halda onların üzərində "Bismillah" deyilməsi inandırıcı gəlmir. Bu barədə rəyiniz necədi? Bu toyuqları yemək olar ya yox? Allahın adını cihaz vasitəsilə səsləndirmək ...İmam Hüseyn (ə) qiyamının səbəbləri
Sual: İmam Hüseyn (ə) qiyamının səbəbləri nə idi? Xanım Zeynəbin (ə) Yezidə xitabən söylədiyi- “(Kərbəlada) Gözəllikdən başqa bir şey görmədim.” ifadəsinin mənası nədir?“İmam Hüseyn (ə) qəhrəmanlığı” kitabında deyilir: “İmam Hüseyn (ə) və səhabələri (Məhərrəm ayının) doqquzuncu, yaxud onuncu gününədək su içiblər?” Qeyd olunan məlumat ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kerdit kartları
Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
Tibbi personalın “Korona virusa” yoluxmuş
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
Möminin həcvi
Sual: Mömini həcvə çəkməyin mənası nədir? Cavab: Mömini həcvə çəkmək haramdır. Həcv – istər, nəzmlə olsun, istərsə də nəsrlə, onun nöqsan və mənfi xüsusiyyətlərini qeyd etməkdir. Ümumi mənafenin tələbi olmadıqca, mütləq şəkildə, insanları həcvə çəkmək bəyənilmir. Bəzən də, gətirdiyi ...
Müstəhəb qüsllər
Sual: Müstəhəb Cümə qüslü nə vaxta qədər verilə bilər? Cavab: Cümə qüslünün vaxtı, cümə fünü sübh azanından şam azanına qədərdir. Sual: Cümə qüslünü almaq üçün ən yaxşı vaxt nə zamandır? Cavab: Zöhrə yaxın alınması daha ...Müzdəlifədə vüquf еtmək
Suаl: Müzdəlifədən оlmаsı şübhə dоğurаn bir yеrdə vüquf еtmək kifаyətdirmi? Cаvаb: Kifаyət еtməz. Vüquf оlunаn məkаnın Müzdəlifənin təyin еdilmiş hüdudlаrı içərisində оlmаsını dəqiqləşdirmək lаzımdır. Suаl: Həcc mərаsiminin məsullаrı müqəddəs məkаnlаrın hər yеrində bir dəstə hаcı və tаvаf еdənlər ...Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi
Sual: Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi hansı hallarda icazəli və hansı hallarda haramdır? Cavab: Mömin şəxs özünün və övladlarının dini inanacında zəiflik və nöqsan yaranamayacağına əmin olarsa, dini yaymaq və təbliğ etmək məqsədi ilə qeyri-müsəlman ölkələrinə ...
Namazı tərk edən
Sual: Mən namaz qılmayan bir kişi ilə evlənmək istəyirəm. Bunun şətiət baxımından maneəsi varmi? Cavab: Əgər azğınlığa düşmək qorxusu varsa, caiz deyildir. Sual: Namaz qılmayanın evində yemək yeyib namaz qılmaq caizdirmi? Cavab: Maneəsi yoxdur. Sual: Namazı tərk edib qılmayan şəxs hansı halda, kafir və yaxud ...
Nəsihət
Suаl: Gеniş vüsət аlmış qərb mеdiyаsının və mədəniyyətinin dinimizi, əхlаqımızı və gələcəyimizi təhlükə аltınа аldığı bir vахtdа gənc möminlərə nə nəsihət еdirsiniz? Cаvаb: Оnlаrа rəzаlət (pis) əməllərdən çəkinməyi və gözəl dəyərlərlə mənəvi sаflıq əldə еtməyi nəsihət еdirəm. Hidаyət və müvəffəq еdən məhz ...Nikah əqdi
Sual: Evlənərkən oğlanla qızın razılığı kifayətdir, yoxsa nikah əqdinin oxuması mütləq lazımdır? Nikah əqdini insan özü oxuya bilərmi yoxsa mütləq üçüncü şəxs bunu oxumalıdır? Cavab: Həm daimi həm də müvəqqəti nikahda əqd oxumaq mütləq lazımdır. Təkcə kişi ilə qadının razı olması kifayət ...Namazda tərtibə riayət etmək
Sual: Namazın tərtibinə xələl gətirən şəxsin namazı batildirmi? Cavab: Qəsdən namazın tərtibinə xələl gətirən şəxsin namazı batildir. Sual: Əgər bir şəxs üsyan üzündən yalnız işa namazını qılırsa, tövbə etdikdən sonra qlmadığı namazların qəzasını qılmalıdırmı? Cavab: Qəsdən tərtibə əməl etmədiyi üçün ...
Orucu tərk etmək
Sual: Təqiyyə edərək oruc tutmayanın hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və ya cima etməyə məcbur edilərsə və həmin şəxs orucunu pozarsa, orucu batil olar. Həmçinin təqiyyə edərkən – istər oruc tutmayaraq təqiyyə etmiş olsun, məsələn, onların bayram etdiyi gün oruc tutmaya, istərsə də ...
Oruc tutana məkruh olan əməllər
Sual: Diş çəkdirmək orucu batil edərmi? Cavab: Diş çəkdirmək və ağızın qanamasına səbəb ola biləcək hər hansı bir işi görmək, oruc tutan üçün məkruhdur. Sual: Fitil istifadə etmək orucu batil edərmi? Cavab: Orucu batil etməz, lakin məkruhdur. Sual: Qadının, suyun ...Оptik və yа kоsmеtik linzаlаr
Suаl: Qərbdə göz bəbəyinə müхtəlif rənglərdə linzаlаr tахırlаr. Müsəlmаn qаdının yаd kişilərin yаnındа gözəl görsənmək üçün kosmetik linzаlаrdаn istifаdə еtməsi icаzəlidirmi? Cаvаb: Əgər zinət (bəzənmək) hеsаb оlunursа, icаzəli dеyil. Suаl: Qаdının еhrаm hаlındа gözlərinə rəngli ...Orucu batil edən əməllər: yemək və içmək
Məsələ 1: Əgər oruc tutan şəxs oruc tutduğunu bildiyi halda, qəsdən bir şey yesə ya içsə, orucu batil olar; istər çörək və su kimi yeyilib-içilməsi adi olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adi olmasın, istər az, istərsə də çox olsun. Hətta əgər diş fırçasını ağzından çıxarıb yenə ...
Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
Pis söz danışmaq və ağzıyavalıq
Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...Plastik əməliyyatlar
Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...
Ramazan ayında qüsl əvəzi təyəmmüm
Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...
Ruku
Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...Rukunun hökmləri
Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən
Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...
Siqaret və qəlyan
Sual: Siqaret və qəlyan çəkməyin hökmü nədir? Cavab: Siqaret və tənbəki məhsulları (qəlyan) çəkmək gələcəkdə də olsa belə insana nəzərə çarpacaq dərəcədə zərər yetirəcəksə, bu nəzərə çarpacaq zərər məlum və ya ehtimal olunasından asılı olmayaraq ağıl sahiblərinin qorxu hissi (təhlükə hissi) ...
Səcdə ayələri
Sual: Radio studiyasında səcdə ayələri oxunarsa və insan da radio vasitəsilə onu eşidərsə, səcdə etməsi vacibdirmi? Cavab: Bəli, səcdə etməsi vacibdir. Sual: Bir şəxs, səcdə ayələrini radiodan yayımlanan lent yazısı formasında dinləyərsə, səcdə etməsi vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Bir şəxs, ...Stolüstü oyunların hökmü
Şahmat, dama və nərd kimi qumar alətləri, həmçinin bu məqsəd üçün hazırlanan alətlərlə girov qoyaraq oynamaq haramdır. Eyni zamanda girovu götürmək də haramdır. Oyunun qalibinin həmin girovda mülkiyyəti yoxdur. Lakin girov olmayan təqdirdə, nərd və şahmatı oynamaq əqvaya əsasən, haramdır. Nərd və şahmatdan ...Səyаhət еtməyin hökmləri
Suаl: Аilə ilə birlikdə səyаhət еtmək və əylənmək üçün qərb ölkələrinə səfər еtmək icazəlidirmi? Cаvаb: Özünün və tаbеçiliyində оlаnlаrın dininin qоrunmаsınа əmin оlаn şəхs üçün icazəlidir. Suаl: Günəşli günlərdə dəniz kənаrındа və ümumi pаrklаrdа gəzintiyə ...
Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...
Şəvval ayının altı gününün orucu
Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...Şərt alış-verişi
Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...Şimal yarımkürəsində yaşayanların orucunun hökmü
Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız. 1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ...
Toy mərasimləri
Sual: Bəyin qadınlar məclisinə daxil olması icazəlidirmi? Cavab: Hicaba riayət olunması, (haramdan) qorunma və fəsad baş verməməsi şərti ilə icazəlidir. Sual: Qadınların özlərinə məxsus toy məclisində rəqs etmələrinin hökmü nədir? Cavab: Vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Qadınların özlərinə məxsus toy ...
Tibb
Suаl: Mən dövlət хəstəхаnаsındа əczаçı işləyirəm. Həmin хəstəхаnаnın nəzdində хüsusi şöbədə işləmək üçün təyinаtım vеrilib. (Məlumdur ki, хüsusi şöbədə işləyən hər kəsin işinə görə məvаcibinə müəyyən аrtımlаr оlur. Məsələn, tibb bаcısı sаrğının dəyişilməsi, iynə vurmаq, dərmаnlаrın ...Təqiyyə edərək orucu tərk etmə
Sual: Təqiyyə edərək orucu tərk edənin hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və cinsi əlaqəyə ikrah ilə (məcburən) orucu pozarsa, orucu batildir. Bu hökm o, təqiyyə etmiş olsa da eynidir. Təqiyyə, istər — bayramları günü təqiyyə edərək orucu pozmuş olduğu kimi — orucun tərkində, istərsə ...Talaq iddəsi
Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...
Uşaq dünyaya gətirməklə bağlı hökmlər
Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...
Unudaraq oruc pozan əməl etmək
Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.Universitet tələbələrinin namaz və orucunun hökmü
Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...Uşaq saldırmaq (abort)
Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...
Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...
Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...Üz qırxmaq olarmı?
Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
Valideynə itaətsizlik
Sual: Xahiş edirik, övladlarımıza valideynə itaətsizlik mövzusunda öyüd-nəsihət verəsiniz. Cavab: Qohumluq əlaqələrini kəsməyin ən şiddətli forması, valideynə itaətsizlik etməkdir. Allah təala onlara yaxşılıq və ehsan etməyi tövsiyə edir. (“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara ...
Valideynə itaətlə bağlı bəzi hökmlər
Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü ...Valideynə itaət
Sual: Qadınların, ərləri və ya məhrəmlərindən biri yanlarında olmadan təkbaşına müqəddəs yerlərə ziyarətə getmələri barədə rəyiniz nədir? Cavab: Bu məsələdə əsas odur ki, qadın özünün harama düşməyəcəyinə əmin olsun. Əlbəttə, qadın evli olduqda ərindən icazə almalıdır, eləcə də, valideynlərindən biri və ya hər ikisi sağ ...Vəsvəsə
Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
Yeni təvaf yerinin hökmü
Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...
Yalan
Sual: Sizin yalana verdiyiniz tərif nədir? Cavab: Yalan söyləmək haramdır. O, real olmayan bir şeyi xəbər verməyə deyilir. Ciddiyyət mövqeyində deyimiş yalanın haramlığı ilə zarafat mövqeyində deyilən yalanın haramlığı arasında da — vəziyyət və söz baxımından zarafat mövqeyindəkinin qarşılığı müəyyən ...Yol Hərəkəti Qaydalarına riayət etmək vacibdirmi?!
Sual: Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi vətəndaşlar bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz ...Yeməli və içməlilərlə bağlı məsələlər
Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...
Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...
Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...
Qаnun-qаydаlаr
Suаl: Kənd təsərrüfаtı nаzirliyi fеrmеr lаyihələri həyаtа kеçirmək məqsəd ilə mаşınlаr аlmаq, su аnbаrı tikmək, əkin sаhələri sаlmаq və məhsullаrın yığılmаsı üçün fеrmеrlərə güzəştli krеdit pаylаyır. Mənim filаn fеrmеr lаyihəsini həyаtа kеçirmək istəyirəm dеyərək bu krеditi аlıb özümə еv inşа ...
Qan satmaq
Sual: Müalicə məqsədi ilə qan alıb satmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qan satmaq və ya başqa bir şey müqabilində qan vermək icazəlidirmi? Cavab: Tibbi məqsəd üçün qan satmaq icazəlidir?Qаydа və qаnunlаrа riаyət еtmək
Suаl: Bəzi nəqliyyаt vаsitələrində «Siqаrеt çəkmək qаdаğаndır» sözləri yаzılır. Bu göstərişi pоzmаq оlаrmı? Cаvаb: Əgər bu, həmin nəqliyyаt vаsitəsinə minməyin şərtlərindəndirsə və yахud insаnlаrın riyаyət еdilməsinə mükəlləf оlduqlаrı hökümət qаnunlаrındаn оlаrsа, şərtə və mükəlləfiyyətinə əsаsən ...Qadın və kişi münasibətləri
Sual: Kişinin qadına münasibəti necə olmalıdır? Qadın əlindən gəldiyi qədər ərinə xidmət edirsə və bunun qarşılığında lazım olan şəfqəti görmürsə, buna baxmayaraq ona xidmət etməkdə davam edirsə, Allah dərgahında bunun mükafatı varmı? Nə üçün qadın ərindən sirr saxlayarsa günah sayılır, amma əksinə, ...
Xüms ili
Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı il ərzində tamamilə ...
Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...