Yol Hərəkəti Qaydalarına riayət etmək vacibdirmi?!

Sual: Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi vətəndaşlar bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz həyatlarını, ya da başqalarının həyatını ciddi təhlükə altına atmış olurlar. Müqəddəs Şəriətimizdə Yol Hərəkəti Qaydalarında nəzərdə tutulmuş "Xəbərdarlıq nişanları", "Qadağan nişanları", "Məcburi hərəkət istiqaməti nişanları" və bu kimi yol nişanlarının tələblərini kobud şəkildə pozmağın və yaxud onlara əhəmiyyət verməməyin hökmü nədir? Ümumiyyətlə, Yol Hərəkəti Qaydaları qarşısında müsəlmanın şəriət baxımından vəzifəsi nədir?

Cavab: Əgər cəmiyyətin nizam-intizamını pozacaqsa, haramdır. Hətta belə olmadıqda da - vacib ehtiyata əsasən – haramdır. Yalnız bu halda haram olmaz ki, qanunu icra edən məmur səlahiyyəti üzrə onun icrasında güzəştə getsin.