Yalan

Sual: Sizin yalana verdiyiniz tərif nədir?

Cavab: Yalan söyləmək haramdır. O, real olmayan bir şeyi xəbər verməyə deyilir. Ciddiyyət mövqeyində deyimiş yalanın haramlığı ilə zarafat mövqeyində deyilən yalanın haramlığı arasında da — vəziyyət və söz baxımından zarafat mövqeyindəkinin qarşılığı müəyyən olmayanadək — fərq yoxdur. Əks təqdirdə, haramlığının iradı vardır. Əgər biri məlumat və bildiriş niyyəti ilə deyil, adi danışıq şəklində zarafat edərsə, eybi yoxdur. Bunun misalı da sözün real olub zahirən isə görünənin ziddi mənası niyyəti ilə qapalı danışmaqdır. Habelə, bir kəsin özündən və möminlərdən zərəri uzaqlaşdırması üçün yalan danışmasına, üstəlik bu halda yalandan and içməsinə də icazə verilir. İki mömini barışdırmaq üçün də yalana icazə verilir. Ehtiyat – vacib – onların (hər ikisinin) məsələsini qapalı danışığın mümkün olmaması tərzinə ixtisar etməkdir. Vədə xilaf çıxmaq kimi vəddəki yalana gəldikdə isə, ehtiyat — vədi Allahın istəyi ilə, “inşallah” deməklə və s. əlaqələndirərək — imkan daxilində bundan uzaq olmaqdır. Amma vədin özü xilaf çıxmaq üzərində qurularsa, — öz ailəsi içərisində olan belə vəd ilə qeyrilərinə olan vəd arasında fərq olmadan — ehtiyata əsasən, şübhəsiz ki, o, haramdır.

Sual: İnsan həyatını qurtarmaq, yaxud ailənin dağılmasının qarşısını almaq üçün — yalan ilə bunların qarşısının alınacağını bildiyimiz təqdirdə — yalan danışmaq olarmı?

Cavab: Bəli, olar. Ehtiyat, imkan daxilində, iki başlı danışmaqdır.

Sual: Əgər biri: “Mənə zəng eləyənə de ki, mən yoxam” – söyləyərsə, bu yalan haramdırmı? Əgər haramdırsa, üzərimə düşən vəzifə nədir?

Cavab: Qapalı danışmağına, belə ki, bir yerə işarə edərək: “O, burda deyil.” – söyləmənə icazə verilir.

Sual: Ümumi mənafe üçün, yaxud iki insanı barışdırmaq və yaxud da ki, həqiqəti söyləyəcəyim təqdirdə yetişəcək zərəri dəf etmək üçün yalan danışmağa icazə verilirmi?

Cavab: Özündən və başqa mömindən zərəri dəf etmək üçün yalan deməyə, üstəlik yalandan and içməyə icazə verilir. Habelə, iki mömini barışdırmaq üçün də yalana icazə verilir. Vacib ehtiyata əsasən, onların (hər ikisinin) məsələsi qapalı danışığın mümkün olmaması tərzinə ixtisar edilsin.

Sual: Ümumi götürsək, zarafat baxımından yalan danışmaq olarmı?

Cavab: Zərəri dəf etmək xaricində, mütləq şəkildə, yalan danışmaq olmaz!

Sual: Xarici dövlətə vergilər ödəməməyim üçün yalan danışmağıma icazə verilirmi?

Cavab: İcazə verilmir.                

Sual: Müəyyən problemin baş verməsinin qarşısını almaq üçün yalandan and içməmə icazə verilirmi?

Cavab: Əgər böyük bir zərəri dəf etmək buna bağlıdırsa, icazə verilir.

Sual: Xüsusən, utancaqlığa səbəb olan hallar haqda soruşularaq yalan danışmağa məcbur olan şəxsi — qarşı tərəf özünə aid olmayan şeylər haqda çoxlu suallar verərsə belə — Allah cəzalandıracaqmı?

Cavab: Zərəri dəf etmək xaricində yalana icazə verilmir.

Sual: Xahiş edirik, yalanın haram olmasına dair nəql olunan bəzi hədisləri bizim üçün qeyd edəsiniz!

Cavab: Uca və münəzzəh Allah şanlı Kitabında buyurmuşdir: “Yalanı, yalnız iman gətirməyənlər uydururlar.” (Eləcə də,) Uca Allah demişdir: “(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (Qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı.” Rəsulullahdan səllallahu əleyhi və alihi və səlləm  nəql olunur: “Qardaşına onun sənə inandığı və sənin isə ona yalan danışdığın söhbət nə böyük xəyanətdir.” Habelə, o səllallahu əleyhi və alihi və səlləm buyurmuşdur: “Yalan ruzini çəkir (azaldır). İmam Əlidən əleyhissalam rəvayət olunur: “Bəndə zarafatda və ciddilikdə yalanı tərk etməyincə imanın dadını tapmaz!” İmam Səccaddan əleyhissalam nəql olunur: “Hər bir ciddilikdə və zarafatda böyük yalandan daha çox kiçik yalandan qorxub-çəkunun! Əgər kiçik yalan söylənərsə, böyük yalana da cəsarət yaranar!” İmam Həsən Əskəri əleyhissalam buyurub: “Bütün pisliklər bir evdə qərar verilmişsə, onların açarları yalan qərar verilmişdir.”

Sual: Mənim elektrik avadanlıqlarının alışı və satışı dükanım vardır. Bir televizoru, məsələn, yüz dinara alıram və bir alıcı gəlib: “Bu televizora yüz dinar verirəm” – dediyində, qiyməti qaldırmağım və onu bundan bahaya satmağım üçün: “Mən özüm bunu yüz əlli dinara almışam” – söyləməyə məcbur oluram. Bu, haramdırmı?

Cavab: Haram buyurulmuş canı xilas etmək misalı dini və dünyəvi zərurət kimi şəri səbəb olmazsa, yalana icazə verilmir. Sualda qeyd olunan isə zərurət deyil və buna əsas da yoxdur. Qeyd olunan satış düzgündür. Lakin yalan üzə çıxarsa, müştərinin sövdələşməni pozmağa haqqı vardır.