Ölümdən sonrakı hökmlər

Sual: İnsan öldükdən sonra nə etmək lazımdır?

Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük çəkmək, cənazəni müşayət etmək üçün möminlərə xəbər vermək və dəfninə tələsmək, müstəhəbdir.

Sual: İnsan gecə dünyasını dəyişərsə, nə etmək lazımdır?

Cavab: İnsan gecə dünyasını dəyişərsə, cənazəsi olan otaqda işıq yandırmaq müstəhəbdir.

Sual: Bir şəxsin öldüyü dəqiq bilinməsə, nə etmək lazımdır?

Cavab: Öldüyü dəqiqləşənədək gözləmək lazımdır.

Sual: Ölən qadın hamilə və bətnindəki uşaq da diri olarsa, nə etmək lazımdır?

Cavab: Qadının sol tərəfi yarılıb uşaq çıxarılanadək və yara tikilən vaxta qədər dəfni gecikdirməlidirlər.