Oruc halında dişləri fırça və məcunla təmizləməyin hökmü nədir?
Sual: Dişlərini məcunla yuyan və lakin (ağız suyunu) bilməyərəkdən udan şəxsin orucunun hökmü nədir?
Cavab: Əgər qarqara zamanı (ağız suyunu udmayacağına) əmin idisə, orucu batil olmaz.
Sual: Səhər məktəbə getməzdən əvvəl diş məcunundan istifadə etmək orucu batil edirmi?
Cavab: Caizdir, (dişlərini məcunla yuduqdan) sonra ağız suyunu tüpürsün və suyun daxilə getməsindən özünü qorusun.
Sual: Oruc halında dişləri fırça və məcunla təmizləməyin hökmü nədir?
Cavab: Dişləri fırça və məcunla təmizləmək, oruc tutanın ağzının suyuna qarışmış məhlulu udmadığı təqdirdə, orucu batil etmir. Ağız suyuna qarışaraq onda həll olunan cüzi məhlul, oruca xələl gətirmir.