Məssi-meyyit (meyitə toxunma) qüslü
Sual: Məssi-meyyit (ölüyə toxunma) qüslü insana, nə zaman vacib olur?
Cavab: Ölmüş insanın soyumuş və qüsl verilməmiş bədəninə toxunan, yəni, öz bədəninin bir hissəsini meyitə toxunduran şəxsə, bu toxunuş istər yuxuda olsun, istər oyaq halında, istər ixtiyarı olsun, istər qeyri-ixtiyari, məssi-meyyit qüslü (ölüyə toxunma qüslü) vacib olur. Insan hətta, dırnağını və yaxud sümüyünü ölünün qırnaq və yaxud sümüyünə toxundurarsa, qüsl etməlidir. Amma ölmüş heyvana doxunmaqla insane qüsl vacib olmaz.
Sual: Bədəni tam soyumamış ölünün, bədəninin soyumuş hissəsinə toxunularsa, qüsl vacib olarmı?
Cavab: Xeyr, vacib olmaz.
Sual: İnsan saçını ölünün bədəninə və yaxud saçına toxundurarsa, qüsl vacib olarmı?
Cavab: Xeyr, vacib olmaz.
Sual: Uşaq ölü dünyaya gələrsə, anasının vəzifəsi nədir?
Cavab: Anası, vacib ehtiyata əsasən, qüsl etməlidir.
Sual: Doğuş zamanı ana ölərsə, uşaq qüsl etməlidirmi?
Cavab: Vacib ehtiyata əsasən, uşaq büluğ həddinə çatmamışdan əvvəl qüsl etməlidir.
Sual: Üç qüslü tam olaraq verilmiş meyitə toxunan şəxsə, qüsl etmək vacibdirmi?
Cavab: Xeyr, qüsl etmək vacib deyildir.
Sual: Meyitin üçüncü qüslü tamamlandan ona toxunularsa, toxunan şəxsin qüsl etməsi vacibdirmi?
Cavab: Bəli.
Sual: Dəli bir şəxs, ölüyə toxunarsa, qüsl vacib olarmı?
Cavab: Dəli ağıllandıqdan sonra qüsl etməlidir.
Sual: Büluğ həddinə çatmamış uşaq, ölüyə toxunarsa qüsl vacib olarmı?
Cavab: Büluğ həddinə çatdıqdan sonra qüsl etməlidir.
Sual: Qüslü verilməmiş ölünün bədənindən bir parka qoparsa və qüslü verilməmişdən əvvəl toxunularsa, ona toxunan şəxs qüsl almalıdırmı?
Cavab: Xeyr, lakin ölü parça – parça olarsa və bir şəxs həmin parçaların hamısına və yaxud böyük bir qisminə toxunaesa, qüsl etmək vacib olar.
Sual: Qüslü verilməmiş ölünün, yaxud diri insanın bədənindən bir parça qopsa, qüsl verilməmişdən əvvəl ona toxunularsa və qopmuş parçada da sümük olsa, qüsl verilməlidirmi?
Cavab: Bu halda, qüsl verməyə ehtiyac yoxdur. Amma ölü parça-parça olarsa və bir şəxsin onun hamısına, yaxud böyük bir qisminə toxunarsa, qüsl vacib olar.
Sual: Qüslü verilməmiş sümüyə toxunmaq, qüsl vacib edərmi?
Cavab: Xeyr.
Sual: Ölüdən qopmuş və qüslü verilməmiş sümüyə toxunmaq, qüsl vacib edərmi?
Cavab: Xeyr.
Sual: Diri insandan qopmuş sümüyə toxunmaq, qüsl vacib edərmi?
Cavab: Xeyr.
Sual: Ölmüş insandan ayrılmış dişə toxunmaq, qüsl vacib edərmi?
Cavab: Xeyr.
Sual: Diri insandan ayrılmış dişə toxunmaq, qüsl vacib edərmi?
Cavab: Xeyr.
Sual: Məssi-meyyit (ölüyə toxunma) qüslü necə verilir?
Cavab: Cənabət qüslü kimi verilir.
Sual: Məssi-meyyit (ölüyə toxunma) qüslü aldıqdan sonra, namaz qılmaq üçün dəstəmaz almaq lazımdırmı?
Cavab: Xeyr, dəstəmaz almağa ehtiyac yoxdur.
Sual: Bir neçə ölüyə toxunan insan, neçə qüsl almalıdır?
Cavab: Bir qüsl alarsa, kifayət edər.
Sual: Bir şəxsin, ölmüş insana toxunduqdan sonra qüsl vermədən məsciddə dayanması haramdırmı?
Cavab: Xeyr.
Sual: Bir şəxs, ölmüş insana toxunduqdan sonra qüsl etmədən cinsi əlaqədə ola bilərmi?
Cavab: Bəli, maneəsi yoxdur.
Sual: Bir şəxs, ölmüş insana toxunduqdan sonra qüsl etmədən səcdəsi vacib olan ayələri oxuya bilərmi?
Cavab: Maneəsi yoxdur.