İşçilərin ezam edilməsi

Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul verir və onlardan xərclədikləri vəsaitin qəbzini tələb edirlər.

Xahiş edirik, aşağıda qeyd olunan halların şəriət baxımından hökmünü açıqlayasınız:

1. Əgər işçi pulun bir hissəsini aidiyyatı yerlərə xərcləyərsə?

2. Əgər yaşayış yeri və yeməyi pulsuz əldə etdiyi üçün həmin puldan bir şey xərcləməsə?

3. Əgər ezamiyyət məhdud bir zaman, yaxud daha az vaxt çərçivəsində olarsa?

Cavab: Yuxarıda qeyd olunan bütün hallarda: əgər ezam edən müəssisə, daxili nizam-intizam qaydalarına uyğun olaraq, işçisi ilə verdiyi pulun müəyyən yerlərdə xərclənməsini şərtləşərsə, bu halda onu pozmaq icazəli deyil. Hətta, işçi şəriət baxımından artıq qalan pula sahib olmur. Əks təqdirdə, maneəsi yoxdur. Bəli, bunun üçün sənəd saxtalaşdırmaq, yaxud yalan məlumat vermək, icazəli deyil.