Hədiyyə

Sual: Quran-kərim, hifz, ruzi, afiyət və salamatlıq üçün nəzərdə tutulan xüsusi zikr və duaları kafirə hədiyyə etmək olarmı?

Cavab: Əgər kafir onların ehtiramını qoruyub hörmətsizlik etməyəcəksə, maneəsi yoxdur.

Sual: Toy mərasimində oğlan evinin gəlinə hədiyyə etdiyi qızıllar, gəlinə məxsusdur yoxsa bəyə?

Cavab: Qadınların istifadə etdiklər qızıl dəsti xanıma məxsusudur. Lakin bu dəstdən başqa istifadə olunan qızıl zinət əşyaları bağışlayan şəxsin niyyətinə bağlıdır. Şəxsin niyyəti isə, zahiri göstəricilərə əsasən məlum olur.

Sual: Kafirdən hədiyyə qəbul etmək olarmı?

Cavab: Maneəsi yoxdur. Bu halda, hədiyyə, onu qəbul edənin malına çevrilər.

Sual: Azərbaycanda bəzən toy məclisləri şəriətimizdə haram edilmiş musiqinin müşayəti və haram edilmiş içkilərin süfrəyə verilməsilə keçirilir. Xalqın adətinə görə bəylə gəlinə hədiyyə olaraq pul verilir. Bu pullar yığılır və toy mərasiminin sonunda məclisdə iştirak etmiş müsiqiçilərə muzd olaraq verilir. Həmçinin həmin puldan haram içkilərdə daxil olmaqla süfrənin xərclərinə sərf olunur. Sual bundan ibarətdir:
1. Həmin toy məclislərinə hədiyyə olaraq pul vermək caizdirmi?
2. Ümumiyyətlə, həmin toplanmış pul halaldırmı?

Cavab: Hədiyyə vermək caizdir.