Havaya atəş açmaq

Sual: İslamın ən əsas təlimlərindən biri cəmiyyətdə nizam-intizamı qorumaqdır. Buna görə də cəmiyyətimizin daxilində bəzi insanların toplum içərisində havaya atəş açmaları kimi əməlləri ürəyimizi ağrıdır. Həmçinin bu, cəmiyyətdə, xüsusilə də, uşaqlarda qorxu və həyacan yaradır. Hətta bəzi hallarda uşaqlarda yaranmış qorxu nəticəsində ölüm hallarına da rast gəlinir. Eyni zamanda qəsdən olmadan qətl halları da baş verir. Belə insanların Allahın hökm və itaətinə gəlmələri üçün nə nəsihət edərdiniz?

Cavab: Əgər insanların qorxusuna və əziyyətinə səbəb olarsa, heç bir əsas olmadan havaya atəş açmaq icazəli deyil. Ölüm, qətl və ya yaralanma kimi hallara səbəb olan şəxs, şəriət baxımından məsuliyyət daşıyır. Ümumiyyətlə, belə əməllər ürf və əxlaqa zidd mənfi hallara səbəb olduğu üçün bütün mömin qardaşlara bundan çəkinməyi nəsihət edirik. Allah-təala hamımızı xeyirli və saleh əməllərdə müvəffəq etsin!

Sual:Toyda havaya atəş açmaq, icazəlidirmi?

Cavab: Əgər insanların narahatçılığına, əziyyətinə səbəb olarsa və ya onlara zərər verərsə – necə ki, adətən belə olur – icazəli deyil.

Sual: Bəzi insanlar yüngül daşınan silah alış-verişi ilə məşğul olurlar. Bəzi insanlar zərurət olmadan və ya sadəcə silahı yoxlamaq üçün havaya atəş açırlar. Bunun hökmü nədir?

Cavab: Oğurlanmış silahlardan istifadə etmək icazəli deyil. Həmçinin insanların qorxmasına və narahatçılığına səbəb olarsa, havaya atəş açmaq icazəli deyi.