Banka pul qoymaq və bankdan borc götürmək

İslam ölkələrində banklar üç növdür:

1. Özəl banklar. Belə ki, onun sərmayəsi bir və ya bir neçə şəxsin əmla­kın­dan təşkil olunur.

2. Dövlət bankları. Onun sərmayəsi dövlət əmlakından ibarətdir.

3. Müştərək banklar. Belə ki, onun sərmayəsi həm dövlət, həm də özəl sər­mayədən ibarətdir.

Məsələ 1: Xüsusi banklardan borc edilən məbləğdən artıqlaması ilə ve­ril­məsi şərti ilə borc almaq, riba (sələm) və haramdır. Əgər bir şəxs bu qay­da­da borc alarsa, borcun özü düzgün, şərt isə batildir. Şərtə əməl etmək adı ilə əlavə məbləğ almaq və yaxud vermək haramdır.

Ribadan qurtarmaq üçün müəyyən yollar qeyd etmişlər, o cümlədən:

1. Borc alan şəxs, misal üçün, bankdan və yaxud onun vəkilindən müəy­yən bir əmtəəni həqiqi qiymətindən on və yaxud iyirmi faiz artıqlaması ilə alır və yaxud hər hansı bir əmtəəni onun həqiqi qiymətindən az qiymətə ban­ka satır və alver əsnasında şərt edilir ki, bank hər iki tərəfin razılaşdığı məb­lə­ği müəyyən bir müddətdə ona borc versin. Belə vəziyyətdə deyilir ki, bank­dan borc götürmək caizdir və riba deyildir.

Lakin bu məsələ mübahisəlidir və vacib ehtiyata əsasən, belə bir işdən çəkinsinlər. Bu məsələ hibə (hədiyyə, bəxşiş), icarə və sülhdə (razılaşmada) də borc vermək şərti ilə caridir.

Əgər bir şəxs bir “mühabati” alverdə (həqiqi qiymətindən az qiymətə sat­maq və yaxud ondan artıq qiymətə almaq) onun borcunu ödəməkdə möh­lət verilməsini şərt edərsə də, hökm eynidir.

2. Borcu alverə çevirsinlər. Məsələn, bank müəyən bir məbləği, misal üçün, min manatı min iki yüz manata nisyə olaraq iki aylığa satır.

Lakin bu, riba hesab olunan borc qismindən olmasa da, alverin düzgün ol­ması mübahisəlidir. Əlbəttə, bankın müəyyən bir məbləği, misal üçün, min manatı iki aylıq müddətində nisyə olaraq “dinar” kimi başqa bir pul vahidi müqabilində satması və onun qiymətini min iki yüz manat təyin etməsinin ey­bi yoxdur və ödəniş zamanı qeyd edilən pul vahidinin əvəzinə manat ve­ril­mə­si caizdir. Bu zaman ödənilən borcun cinsi (pul vahidi) fərqli olsa da, hər iki tərəfin razılığı ilə eybi yoxdur.

3. Bank bir əmtəəni müəyyən məbləğə, misal üçün, min iki yüz manatı nisyə olaraq alıcıya satır və sonra həmin məbləği nağd olaraq ondan az qiy­mə­tə, məsələn, min manata alır.

Bu kimi alverlər də, birinci alverdə bankın əmtəəsi təkrar nağd olaraq onun nisyə qiymətindən ucuz alması şərt olunarsa, yaxud müqavilədən öncə şərt edib müqaviləni o şərtə bağlayarsa, misal üçün, alver zamanı “keçmiş şərt”-deyilərsə, düzgün deyildir. Lakin belə bir şərt qoyulmazsa, eybi yox­dur.

Demək lazımdır ki, bu yollar – düzgün olsa belə – bank alverlərində əsaslı bir hədəfi gerçəkləşdirmir. O da bundan ibarətdir ki, alınan borc vax­tın­da ödənilmədikdə, bank gecikmə haqqı olaraq artıq pul tələb edə bilər. Çünki alver əsnasında onu şərt etsələr belə, borclu öz borcunu qaytarmaqda gecikərsə, ondan artıq pul almaq riba hə haramdır.

Məsələ 2: Dövlət banklarından artıq ödəmə şərti ilə borc götürmək caiz deyildir. Çünki bu ribadır və onda girov qoyub-qoymamaq arasında heç bir fərq yoxdur. Əgər bir şəxs bu şərtlə dövlət bankından borc götürərsə, onun həm borcu, həm də şərti batildir. Çünki bank öz əmlakının maliki olma­dı­ğın­dan, onları borc alanın mülkünə keçirə bilməz.

Bu problemdən qurtarmaq üçün borc alan şəxs nəzərdə tutduğu məbləği şəriət hakimindən icazə almaqla bankdan sahibi bilinməyən mal və ondan istifadə etməyin şəriət hakiminin icazəsi olması adı ilə götürə bilər. Biz bü­tün möminlərə bu icazəni veririk və kifayətdir ki, onların qəlbən niyyəti artıq ödə­mə şərti olmadan şəriət hakimindən borc götürmək olsun. Baxmayaraq ki, qanuni olaraq həm borcun özünü, həm də artıq qazancı banka ödəməkdə iltizamlı olduqlarını  bilirlər.

Məsələ 3: Özəl banklara borc vermək mənasını daşıyan əmanət qoymaq əlavə qazanc şərt olunmasa, hətta ona əlavə qazancın veriləcəyini bilsə belə, caizdir. Şərt etməməkdə məqsəd bu deyil ki, insanın qəlbən niyyəti bankın əlavə qazanc vermədiyi halda qazanc tələb etmək olmasın. Çünki ola bilər ki, insan bir şeyi  tələb etməyi nəzərdə tutmasın, amma şərt etsin.  Eləcə də tə­­ləb etməyi nəzərdə tutmasın, amma şərt də etməsin. Əksinə, şərt et­mə­mək­də məqsəd odur ki, əmanəti bankın əlavə qazanc verməsinə iltizamlı ola­ca­ğı­nı şərt etməsin.

Məsələ 4: Özəl banklara – borc vermək mənasını daşıyan – əmanət qoy­maq əlavə qazanc şərti ilə caiz deyilidr. Əgər bir şəxs bunu görsə, əmanət qoy­­mağın özü düzgün, şərti isə batildir. Əgər bank əlavə qazancı ödəsə, o, hə­­min qazanca malik olmaz. Amma bank sahiblərinin, hətta şəriət baxı­mın­dan malik olmadıqlarını bildiyi halda onun bu qazancda istifadə etmələrinə ra­zı olduqlarına əmin olsa, onun istifadə etməsinin eybi yoxdur və əksər hal­lar­da da, belə olur.

Məsələ 5: Dövlət banklarına – borc vermək mənasını daşıyan – əmanət qoy­maq qazanc almaq şərti ilə caiz deyildir və həmin qazanc ribadır. Hətta bu kimi banklara qoymaq, qazanc almamaqla olsa belə, şəriət baxımından malı tələf etmək kimidir. Çünki bankdan sonradan alacağı bankın malı deyil, əksinə sahibi bilinməyən əmlak qismindədir. Buna əsasən, şəxsin ilboyu əldə etdiyi qazanc və gəlirlərin dövlət banklarına onun xümsünü vermədən qoyması mübahisəlidir. Çünki onun bu əmlakdan öz xərcləri üçün istifadə etməsinə icazəsi var və onu tələf etməyə icazə verilmir. Əgər onu tələf etsə, onun xümsünü sahiblərinə zamindir.

Əlbəttə, bu, o zamandır ki, şəriət hakimindən icazə almadan banka əma­nət qoyulsun. Amma şəriət hakimi bir nəfərə icazə versə, habelə bank sis­te­mi banka qoyduğu əmlakı bankda mövcud olan əmlakdan ödəməsinə icazə ver­sə, banka əmanət qoymağın şəriət baxımından eybi yoxdur. Necə ki, ban­ka əmanət qoyan şəxsin şərt olunmamış qazancı alıb, yarısını öz şəxsi işlə­ri­n­ə, yarısını da möhtac və yoxsula sədəqə adı ilə verməsi caizdir. Biz bütün mö­minlərə banka əmanət qoyub, əlavə qazanc alaraq qeyd edilən şərt əsa­sın­da xərcləməyə icazə veririk.

Məsələ 6: Qeyd olunan hallarda banklara sabit əmanətlə pul qoymaqda (ki, müddəti var və bankın onu daim olaraq pul qoyan şəxsin ixtiyarına qoy­ma­sına iltizamlı deyil) cari hesablar arasında (ki, bank onu pul qoyan şəxsin ix­tiyarına verməyə iltizamlıdır) heç bir fərq yoxdur.

Məsələ 7: Qeyd olunan hallarda müştərək banklar dövlət banklarının hök­münü daşıyır və onda mövcud olan əmlak sahibi bilinməyən əmlak hök­mün­dədir və şəriət hakiminə müraciət etmədən onlardan istifadə etmək caiz de­yildir.

Məsələ 8: Özəl və dövlət banklarından borc almaq və ora pul qoymaqla bağ­lı qeyd olunanlar İslam ölkələrindəki banklara aiddir. Lakin əlavə qazanc əldə etmək məqsədi ilə sərmayələri, mal-dövlətləri qeyri-müsəlmanlara mə­x­sus olan banklara qoymaq caizdir, istər bu banklar özəl olsun, istər dövlət, is­tər­sə də müştərək. Çünki onlardan riba almaq caizdir. Lakin onlardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı olmadan bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir eh­tiyac olmadan istifadə etmək olar. Hətta onların həm malın özünü, həm də qazan­cını ondan tələb edəcəklərini bilsə də, eyni hökmü daşıyır.