And içməyin hökmləri

Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir?

Cavab: Yalandan and içmək böyük günahlardandır.

Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi?

Cavab: Sözünün doğru olmasını isbat etməsi üçün insanın, əgər həqiqətəndə sözü doğru olarsa, and içməsi, məkruhdur. Əgər sozü yalan olarsa, and içməsi, haramdır.

Sual: Vəsvəsə edən şəxs, and içsə və əməl etməsə, vəzifəsi nədir?

Cavab: Vəsvəsə edən şəxs məsələn, “Allaha and olsun ki, indi namaza başlayacağam”- deyə and içsə və sonra vəsvəsə üzündən namaza başlamasa, başlaya bilməməsi özündən asılı olmadığına görə, kəffarəsi yoxdur.

Sual: İnsanı and içməyə məcbur etsələr, ona kəffarə vacib olarmı?

Cavab: Kəffarə vacib olmaz.

Sual: İnsan unutqanlıq, çarəsizlik və yaxud qəflət üzündən andına əməl etməsə, ona kəffarə vermək vacib olarmı?

Cavab: Kəffarə vacib deyildir.

Sual: Qadın ərinin icazəsi olmadan and içərsə, əri arvadının andını poza bilərmi?

Cavab: Bəli, poza bilər.

Sual: Uşaq atasından icazəsiz and içərsə, atası onun andını poza bilərmi?

Cavab: Bəli, poza bilər.

Sual: Ər arvadının and içməsini qadağan etsə və arvad da buna baxmayaraq and içsə, andı düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir.

Sual: Ata, övladının and içməsini qadağan etsə və övlad da buna baxmayaraq and içsə, andı düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir.

Sual: Mümkün olmayan bir iş üçün and içmək olarmı?

Cavab: And içilən iş, görülməsi mümkün iş olmalıdır. Həmin iş and içərkən qeyri-mümkün və sonra isə mümkün olsa, kifayətdir.

Sual: Danışa bilən şəxs, andını yazarsa, andı düzgündürmü?

Cavab: Vacib ehtiyata əsasən, ona əməl etməlidir.

Sual: Danışa bilməyən bir şəxs, necə and içə bilər?

Cavab: Yazı şəklində yazıb qəlbindən keçirsə, kifayətdir.

Sual: Dili olmayan bir şəxs, necə and içə bilər?

Cavab: Dili olmayan bir şəxs, işarə ilə and içsə, kifayətdir.

Sual: İnsan mübah olan bir işi etməyə və yaxud tərk etməyə and içərsə, həmin işin hər hansı bir xüsusiyyəti olmalıdırmı?

Cavab: Xalq arasından bu işi etməyin və yaxud tərk etməyin tərcih olunan yaxşı tərəfi olmalıdır. İnsan özünə dünyəvi faydası olan iş üçün and içərsə, andı düzgündür.

Sual: İnsanın tərk etmək üçün and içdiyi iş, hansı xüsusiyyətə malık olmalıdır?

Cavab: Həmin iş, vacib və müstəhəb əməllərdən olmamalıdır.

Sual: İnsanın etmək üçün and içdiyi iş, hansı xüsusiyyətə malik olmalıdır?

Cavab: Həmin iş, haram və məkruh əməllərdən olmamalıdır.

Sual: Əsəbi halda içilən and keçərlidirmi?

Cavab: Xeyr, keçərli deyildir.

Sual: İnsan, öz istəyi olmadan and içərsə, bu and düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir. Məcbur edilən şəxsin andı düzgün deyildir.

Sual: Dəlinin andı, düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir.

Sual: Uşağın andı, düzgündürmü?

Cavab: Xeyr, düzgün deyil.

Sual: And içməyin kəfarəsi nədir?

Cavab: Bir qul azad etmək və ya on fəqiri doyurmaq, yaxud on fəqiri geyindirmək.

Sual: İnsanın bir qul azad etmək, on fəqiri doyurmaq və ya geyindirməyə imkanı olmasa, vəzifəsi nədir?

Cavab: Bunları etməyə imkanı olmasa, üç gün ardıcıl oruc tutmalıdır.

Sual: İnsan siqareti tərk etmək üçün and içib sonradan andını pozarsa, vəzifəsi nədir?

Cavab: Kəffarə verməlidir.

Sual: Mən iki ayrı məsələ barəsində müqəddəslərə (Allah, Quran və başqa müqəddəslərə) and içdim. Lakin şəhvətimə məqlub olub andımı pozdum. Hal-hazırda vəzifəm nədir?

Cavab: Allahdan qeyrisinə içilən andların təsiri yoxdur. Lakin Allaha edilən andın pozulmasının şəri hökmü; on fəqirin hər birinə 750 qram yemək (buğda və çörək kimi) ilə doyurmaqdır.

Sual: Qurana üç dəfə yalandan içilən andın kəffarəsi nədir və kimə verilməlidir?

Cavab: Bu and üçün kəffarə yoxdur.

Sual: Əhd və andın kəffarəsini miskinlərdən qeyrisinə vermək olarmı?

Cavab: Xeyr, bu kimi işlərin kəffarəsi fəqirlərə və miskinlərə verilməlidir.