İnsanın tapdığı malın hökmləri

Məsələ 1: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi məlum olmaq üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm – 12,6 sikkəli noxud gümüş – olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma müstəhəb ehtiyata əsasən, onu sahibi tərəfindən fəqirə sədəqə versin. Nişanəsi olmayan pul da bu qəbildəndir. Amma məkan və yaxud zaman xüsusiyyətləri və miqdarı pul üçün bir nişanəsi olsa, onu – 2530-cu məsələdə qeyd edəcəyimiz kimi – elan etməlidir.

Məsələ 2: Əgər tapdığı malda onunla sahibini tapa biləcək bir nişanı olsa, hətta onun sahibi əmlakı toxunulmaz olan kafir olduğunu bilsə də, həmin malın qiyməti bir dirhəmə çatdığı təqdirdə, tapdığı gündən bir ilə qədər camaatın toplandığı yerlərdə elan etməlidir. Əgər qiyməti bir dirhəm­dən az olsa, vacib ehtiyata əsasən, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt sahibi tapılsa, sədəqə verməyə razı olmadığı təqdirdə, onun əvəzini sa­hi­binə versin.

Məsələ 3: Əgər insan özü elan etmək istəməsə, əmin olduğu bir şəxsə deyə bilər ki, onun tərəfindən elan etsin.

Məsələ 4: Əgər bir ilə qədər elan etsə və mal sahibi tapılmasa, həmin malı Məkkə hərəmindən başqa bir yerdə tapdığı təqdirdə, onu sahibi ta­pı­la­ca­ğı zaman ona vermək üçün saxlaya bilər. Bu müddət ərzində malı özü sax­la­yıb, ondan özü üçün istifadə edə bilər. Eyni zamanda həmin malı sahibi tə­rə­­findən sədəqə verə bilər. Vacib ehtiyata əsasən, onu özü üçün götür­mə­sin. Əgər malı hərəmdən tapsa, vacib ehtiyata əsasən, onu fəqirlərə sədəqə ver­sin.

Məsələ 5: Əgər bir il elan etdikdən sonra mal sahibi tapılmasa, malı sahibi üçün saxlasa və aradan getsə, onu saxlamaqda həddini aşmadığı və səhlənkarlıq etmədiyi təqdirdə, zamin deyil. Amma sahibi tərəfindən sədəqə versə, sahibi sədəqəyə razı olmaqla malının əvəzini tələb etməkdə ixtiyar sahibidir. Sədəqənin savabı isə sədəqə verənə çatır.

Məsələ 6: Malı tapan şəxs bilərəkdən qeyd edilmiş göstərişlərə əsa­sən elan etməsə, günah etməsindən əlavə, faydası olduğunu ehtimal verdiyi təq­dirdə, yenə də elan etməsi vacibdir.

Məsələ 7: Əgər dəli yaxud yetkinlik yaşına çatmayan uşaq nişanəli və qiyməti bir dirhəmə çatan bir mal tapsa, onun qəyyumu elan edə bilər. Hətta həmin malı uşaqdan və yaxud dəlidən almışdırsa, elan etməsi vacibdir. Əgər bir il elan edilsə, malın sahibi tapılmasa, 2531-ci məsələdə qeyd edilən gös­tərişə əməl etməlidir.

Məsələ 8: Əgər insan elan etdiyi ilin içərisində sahibinin tapı­la­ca­ğın­dan ümidi üzülsə, şəriət hakiminin izni ilə vacib ehtiyata əsasən, onu sədəqə ver­məlidir.

Məsələ 9: Əgər elan etdiyi ilin içərisində mal aradan getsə, onu sax­la­maqda səhlənkarlığa yol verdiyi və yaxud ondan istifadə etdiyi təqdirdə, onun əvəzini sahibinə verməkdə zamindir və elanı davam etdirməlidir. Am­ma səhlənkarlığa yol vermədiyi və istifadə də etmədiyi təqdirdə, ona bir şey vacib deyil.

Məsələ 10: Əgər nişanəli və qiyməti bir dirhəmə çatan malı elan et­mək­lə onun sahibinin tapılmayacağı məlum olan bir yerdən tapsa, onu bi­rin­ci gün sahibləri tərəfindən vacib ehtiyata əsasən, şəriət hakiminin icazəsi ilə fəqirlərə sədəqə verə bilər və il tamam olana qədər səbir etməməlidir.

Məsələ 11: Əgər bir mal tapsa və öz malı bilib götürsə, sonra öz malı olmadığını başa düşsə, ötən məsələlərdə deyilmiş hökmlərə əməl etməlidir.

Məsələ 12: Tapılmış malı sahibinin elanı eşitdiyi təqdirdə, onu öz malı olduğuna ehtimal verəcək şəkildə elan etməlidir. Bu isə vəziyyətin müx­­­təlifliyi ilə dəyişir; məsələn, bəzi hallarda, “bir şey tapmışam” – deməsi, ki­­fayət edər. Amma bəzi hallarda isə onun cinsini də müəyyən etməlidir. Mə­­sələn, “bir qızıl parçası tapmışam” – deməlidir. Bəzi hallarda da onun mü­əy­­yən xüsusiyyətlərini də əlavə etməlidir. Məsələn, “bir qızıl sırğa tap­mı­şam” – deməlidir. Amma hər bir halda, onun, bütün xüsusiyyətlərini müəyyən edəcək qədər deməməlidir. Elə bir yerdə elan etməlidir ki, sahibinə xəbər çatmasına ehti­mal versin.

Məsələ 13: Əgər bir şəxs bir mal tapsa və başqası “mənim malımdır” – deyərək onun nişanələrini müəyyən etsə, onun malı olduğuna əmin olduğu halda həmin malı ona verməlidir. Mal sahibinin çox vaxt bilmədiyi nişanə­lə­ri deməsi lazım deyildir.

Məsələ 14: Əgər tapdığı malın qiyməti bir dirhəm olsa, elan etməyib məsciddə və yaxud camaatın toplaşdığı bir yerdə qoyaraq həmin mal aradan getsə və ya onu başqası götürsə, onu tapan şəxs zamindir.

Məsələ 15: Əgər bir ilə qədər qalmayacaq bir mal taparsa, qala bilə­cək son müddətə qədər – əlbəttə, qiymətinə təsir edən bütün xüsusiy­yət­lə­ri ilə bərabər – qoruyub saxlamalıdır. Vacib ehtiyata əsasən, bütün bu müddət ər­zin­də elan etsin. Əgər sahibi tapılmasa, onun qiymətini müəyyən edib özünə gö­türə bilər yaxud da onu satıb pulunu saxlaya bilər. Hər iki halda, elanını da­vam etdirməlidir. Əgər sahibi tapılsa, pulunu ona verməlidir. Əgər bir ilə qə­dər sahibi tapılmasa, 2530-ci məsələdə qeyd edilən hökmlərə əməl et­mə­li­dir.

Məsələ 16: Əgər tapdığı mal dəstəmaz aldığı və namaz qıldığı vaxt onun üzərində olsa, hətta sahibi tapılan halda onu qaytarmaq istəməsə də, dəstəmazı və namazı batil olmur.

Məsələ 17: Əgər bir şəxsin ayaqqabısını aparıb, yerinə başqa ayaq­qa­bı qoysalar, onun yerinə qoyulan ayaqqabının onun ayaqqabısını aparan şəx­sin olduğunu və ayaqqabını aparan həmin şəxsin apardığı ayaqqabının öz ayaq­qabısını götürməyə razı olduğunu bilsə, o ayaqqabını öz ayaqqabısının əvə­zinə götürə bilər. Onun ayaqqabısını haqsız yerə, zülm olaraq götürül­dü­yü­nü bildiyi təqdirdə də, eyni hökmü daşıyır. Amma bu halda, həmin ayaq­qa­bının qiyməti öz ayaqqabısının qiymətindən çox olmamalıdır. Əks təq­dir­də, artıq qiymət, sahibi bilinməyən malın hökmünü daşıyacaq. Bu iki haldan baş­qa halda, həmin ayaqqabı sahibi məlum olmayan malın hökmünü da­şı­ya­caq­dır.

Məsələ 18: Əgər insanın əlində olan mal sahibi məlum olmasa və ona itirilmiş mal deyilməsə, onun sahibinin həmin insanın ondan istifadə et­mə­si­nə razı olduğuna əmin olsa və ondan hansı tərzdə istifadə etməsinə razı oldu­ğu­nu bilsə, ondan elə də istifadə edə bilər. Əks təqdirdə, onun sahibini tap­ma­ğa ehtimal verdiyi vaxta qədər axtarmaq lazımdır və sahibinin tapıl­ma­sın­dan məyus olduqdan sonra onu fəqirə sədəqə verməlidir. Vacib ehtiyata əsa­sən, sədəqə şəriət hakiminin icazəsi ilə verməlidir. Həmçinin onun icazəsi ilə ma­lın qiymətini də sədəqə verə bilər. Əgər sonra sahibi tapılsa, sədəqə veril­di­yinə razı olmadığı təqdirdə, vacib ehtiyata əsasən, malın əvəzini ona ver­sin.