Əhd bağlamaq

Sual: Bir şəxs Allah ilə əhd bağlayıb ki, müəyyən bir əməli etməyəcək. Əgər edərsə iki ay ardıcıl oruc tutacaq. Həmin əməli etdikdən sonra yenə Allah ilə əhd bağlayıb ki, əgər həmin əməli bir daha edərsə beş ay ardıcıl oruc tutacaq. Lakin yenə həmin əməli yerinə yetirmişdir. Bu şəxsin hökmü nədir? Ona hansı əməl vacibdir? Bütün bu ayları oruc tutmalı, yoxsa yalnız əhd kəffarəsini yerinə yetirməlidir? Bu da məlumdur ki, o, oruc tutacağı ayları təyin etməyib.

Cavab: Əgər hər dəfə əhd bağladıqda iki əhd – müəyyən əməli tərk etmək və edəcəyi təqdirdə müəyyən müddət oruc tutacağını nəzərdə tutubsa, birinci əhdi pozduqda əhd kəffarəsi ona vacib olar. Həmin kəffarəni, həmçinin Allah ilə əhd bağladığı iki və ya beş ayın orucunu da yerinə yetirməlidir.

Sual: Bir şəxs naməhrəmə baxmayacağını Allah ilə əhd bağlayıb. Əgər əhdini pozarsa, kəffarəsi nədir?

Cavab: Əgər əhdi pozarsa, ona kəffarə vacib olar. Kəffarə olaraq  60 fəqirin hər birinə 750 qram buğda və ya un verməsi yetərlidir.

Sual: Əgər əhd qəlbdə olarsa (yəni qəlbindən keçirərsə), bu şəriət baxımından əhd hesab olunurmu?

Cavab: Sadəcə niyyət etməklə əhd baş tutmaz. Gərək deyiliş formasında olsun. Buna əsasən də qəlbdən keçirilən əhd əsas hesab olunmur.

Sual: Əhdin deyiliş forması necədir?

Cavab: Əhd bağlayarkən belə deməlisən: “Allah ilə əhd bağlayıram ki, filan işi yerinə yetirəcəyəm və ya filan işi tərk edəcəyəm”.

Sual: Ər və arvad nikah əqdindən əvvəl zövcənin universtitetə getməməsi barədə razılığa gəldiklərini fərz etsək, nikah əqdindən sonra “möminlər əhdlərinə vəfalı olmalıdırlar” qaydasına müxalif çıxaraq bu razılaşmanı pozmaları icazəlidirmi?

Cavab: Yeni bir razılaşma olmadan icazəli deyil.

Sual: Müəyyən əməli yerinə yetircəyi təqdirdə ertəsi günü oruc tutacağını Alah-təala ilə əhd bağlayıb, sübh namazına təqribən bir saat qalmış həmin əməli edib, lakin oruc tutmayan şəxsin hökmü nədir? Ona kəffarə vacib olurmu? Yoxsa növbəti günün sübh namzında oruc niyyət edənədək əhdi keçərli hesab olunur?

Cavab: Ona kəffarə və həmin günün orucunun qəzası vacib olar. Amma ertəsi gündən məqsədi (əməli yerinə yetirəcəyi gündən) sonrakı günü nəzərdə tutarsa, əhdi keçərlidir.