Alış-veriş

Sual: Kreditlə avtomobil almağın hökmü barədə soruşmaq istəyirəm. Bir çox avtomobil şirkətləri və ya kreditlə yeni və işlənmiş avtomobil satışı ilə məşğul olan yerli distribüterlər var. Müştəri kreditlə avtomobil almaq üçün müraciət etdikdə bu şirkətlər və ya distribüterlər onlara maliyə borcu verən təşkilatlara sənədlər təqdim edirlər. Borc verən təşkilatlarmiqdarından və müddətindən asılı olaraq verilən borca görə müəyyən faiz nisbətində qazanc götürən bank və kredit verən maliyyə təşkilatları (Credit Unions) olur. Qarşı tərəf (müştəri) müəyyən olunmuş müddətdə borcu ödəmədiyi təqdirdə bəzi cərimələr tətbiq olunur. Kredit verən təşkilat əldə etdiyi qazanc müraciət edən şəxsin maddi durumu, gəliri, ödəmə qaiməsinə əməl etməsi kimi bir neçə əhəmiyyətli cəhətlərə əsaslanır. Ümumiyyətlə, bir şəxsdən əldə olunan qazancın faiz nisbəti onun sabit gəlirinə görə 5%, 4% və ya 3,75 nisbətində hesablanır. Bu yolla avtomobil almaq halaldır yoxsa haram? Əvvəlcədən təşəkkür edirəm.

Cavab: Əgər borc verən tərəfin məqsədi şirkətindən müəyyən avtomobili satın alıb sonra isə əldə edəcəyi gəliri ümumi qiymətdən hesab edərək kreditlə satamaqdırsa, bu işin heç bir maniəsi yoxdur. Bəli, ödəmə gecikdikdə cərimə tətbiq etmək icazəli deyil. Əgər şirkət sahibləri avtomobili birbaşa müştəriyə sata, lakin qiymətborc verən təşkilata ödənilə və onlar da öz növbəsində müştəridən müəyyən faiz nisbətində gəlir götürərsə, haramdır.

Sual: Həzrət Ayətullah Seyid Sistaninin şəbəkəli marketinq haqqında rəyi nədir?

Cavab: Həzrət Ayətullah əl-uzma Seyid Sistani bu növ ticarətlərə icazə vermir və vacib ehtiyata əsasən onu düzgün hesab etmir.