İstibra

Sual: İstibranın düzgün qaydası necədi?

Cavab: Barmaqla ğaitin məxrəcindən alətin kökünə qədər üç dəfə çəkmək sonra bir barmaq alətin üstündə, digəri isə altında olmaqla alətin sünnət yerinədək  üç dəfə çəkmək və üç dəfə alətin baş hissəsini sıxmaq.

Sual: Hər dəfə sidik ifraz etdikdən sonra qüsl etməliyəmmi?

Cavab: Vacib deyil. Əgər cinsi yaxınlıqdan sonra istibra edib qüsl vermisənsə, bundan sonra xaric olan bütün rütubətlər pakdır.

Sual: Möhtəlim olduqdan sonra (yuxuda şeytani olmaq) azacıq sidiyə çıxmaqla istibra etmək yetərlidirmi?

Cavab: Bəli, yetərlidir.

Sual: İstibra vacibdirmi?

Cavab: İstibra müstəhəbdir. Onun faydas budur ki, istibra etdikdən sonra əgər sidik, məzi və ya vədi olması şəkk doğuran maye xaric olarsa, onun pak olmasına hökm edilir.

Sual: İstibradan əvvəl istinca etməliyik (ğaitin məxrəcini təmizləmək), yoxsa əksinə olmalıdır? İstincanı əvvəl etsək, istibra etməmiş onu yenidən etməliyik? İstibra ğaitin məxrəci ilə əlaqəlidirmi?

Cavab: Əvvəlcə istibra edilməlidir. Lakin əgər əvvəl istinca edib sonra istibra edərsə, ondan bir şey ifraz olunmazsa, yenidən istinca etməyə ehtiyac yoxdur. İstibra barmaqla ğaitin məxrəcindən alətin kökünə qədər üç dəfə çəkmək, sonra aləti sünnət yerinədək üç dəfə çəkmək və üç dəfə alətin baş hissəsini sıxmaqla yerinə yetirilir.

Sual: Sidiyə çıxdıqdan sonra bir saat ərzində və ya daha çox vaxt müddətində kanalda qalmış sidik damcıları gəlir. Bu halda namazın hökmü necədir?

Cavab: Əgər sidikdən sonra istibra edibsinizsə, xaric olan şübhəli rütubət pak hökmündədir və araşdırmaq vacib deyil. Həmçinin uzun müddət keçdikdən sonra rütubət xaric olarsa və bu müddət ərzində artıq sidik kanalınada bir şey qalmadığına əmin olarsa, hökm belədir.

Sual: İstibra etdikdən sonra sidik ifraz olunarsa, pakdır yoxsa murdar?

Cavab: Sidik murdardır.

Sual: İstibra etməsi barədə şəkk edənin hökmü nədir?

Cavab: Əgər bir kəs istibra və ya istinca etməsi barədə şəkk edərsə, adəti üzrə yerinə yetirməsinə baxmayaraq, yerinə yetirmədiyini hesab etməlidir.

Sual: Qadınlar üçün istibra varmı?

Cavab: Qadınlar üçün istibra yoxdur. Onlardan gələn şübhəli rütubət pakdır və buna görə dəstəmaz alamaq vacib deyil. Bəli daha yaxşı olar ki, qadın (sidik gəldikdən sonra) bir az gözləsin, öskürsün və alətini eninə sıxıb sonra yusun.

Sual: Kişinin alətinin baş hissəsinin paklanması sidik kanalının paklanması qaydasına aiddir?

Cavab: Bəli.