Təvəssül

Sual: Əhli-beytin (ə) haqqını tanıyıb onları sevən bir şəxsin təvəssül etmədən Allaha dua edərək yalvarması icazəlidirmi? Belə ki, həmin şəxs Allahın qullarına nemət verib yaxşılıq etməsi inancına sahibdir?

Cavab: Bu iş, icazəlidir. Lakin dua həzrət Peyğəmbər (s) və əhli-beytini (ə) təvəssül etməklə əlaqəli olduğu zaman daha tez qəbul olunar. Allahın hikmətli kitabında da günahkar şəxsə bağışlanmaq diləməsi üçün həzrət Peyğəmbərin (s) yanına getməsi tövsiyyə edilmişdir. “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” (Nisa-64) Əlbəttə ki, Allahın dua zamanı vasitəçi təqdim etməyə əsla ehtiyacı yoxdur. Bu yalnız Onun saleh qullarına sonsuz hikməti ilə verdiyi dəyərin göstəricisidir.