Mərcəiyyət İŞİD-ə qarşı mübarizədə birləşməyin zəruri olduğunu vurğuladı

Ali-dini mərcəiyyət İŞİD- ə qarşı mübarizədə bütün səyləri birləşdirməyin və onun qarşısını geniş miqyasda almağın zəruri olduğunu təkidlə vurğuladı. O, daxili mövqeləri İŞİD qruplaşmasına qarşı birləşdirməyə çağırdı.

Mərcəiyyət nümayəndəsi Seyid Əhməd Safi (02.10.2015-ci il tarixində) imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının xütbəsində deyib: “Terrorçularla savaş bütün iraqlılar üçün taleyüklü və həlledici döyüşdür.” O, sözünü daha da konkretləşdirərək demişdir: “Bu, tək iraqlıların deyil, bütün dünyanın savaşıdır. Çünki terrorçular insanlığı və onun sivilizasiyasını özünə hədəf seçmişdir.”

Seyid Safi bu xəstəliklə mübarizədə bütün səyləri cəmləşdirməyin, onun qarşısını geniş miqyasda və hər tərəfli almağın zəruri olduğunu vurğulamış, sonra sözünə davam edərək demişdir: “İŞİD- ə qarşı mövqelərin, xüsusilə daxili mövqelərin birləşməsi çox mühümdür. Çünki bu işin, cəbhə bölgələrində savaşan döyüşçülərin dəstəklənməsində böyük təsiri var.”

Mərcəyi-təqlid müctəhid Seyid Əli Sistaninin nümayəndəsi eyni zamanda həqiqi reformun, ötən illər ərzində xalqın malını mənimsəyərək milyonları zay edənlərin məsuliyyətə cəlb olunması ilə başlayacağını söyləyib. O, xəbərdarlıq edərək deyib ki, korrupsionerlər etdikləri cinayətlərə görə cəzalanmasalar, korrupsiya davam edəcək.