Moskvada Həzrət Həmzənin şəhadətinin il dönümü münasibətilə əza məclisi təşkil edilib

Allahın adı ilə
Möhtərəm İmam Seyid Əli Sistani cənablarının (kölgəsi üstümüzdən əskik olmasın) dəstəyi ilə Ali Beyt müəssisəsi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 09.07.2017-ci il tarixində bazar günü axşam Allahın və Rəsulullahın (s) aslanı Həmzənin şəhadətinin il dönümü münasibətilə əza məclisi təşkil etmişdir. Məclisdə möminlər və fəal din xadimləri iştirak etmişlər. İmam Sistaninin nümayəndəsi Şeyx Muhəmməd Əli Mosuli bu əzəmətli şəxs, onun şücaəti, alicənablığı və Rəsulullaha (s) olan yaxınlığı barədə çıxış etdi. Ondan sonra bir neçə din xadimləri çıxış etdilər. Onların hər biri Həmzə (ə) barədə fikirlərini söylədilər. Sonda məclisdə iştirak edənlər hamılıqla az qala unudulacaq bu şəxsiyyətlərin xatırlanması məqsədilə belə tədbirlərin qeyd olunmasına görə möhtərəm Seyid Sistani və onun mütləq vəkili Seyid Cavad Şəhristani üçün əllərini qaldıraraq dua etdilər.