Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Allaha (yalandan) and içməyin kəffarəsi
Sual: Bir işi görməmək üçün Allaha and içən, lakin andını pozan şəxsin vəzifəsi nədir? And içməyin kəffarəsi nədən ibarətdir? Cavab: Əgər and şəriətdə məqbul sayılan bir işlə bağlı olsa, yaxud üqəlayi (məntiqli) dünyəvi məqsədlər və ya şəxsi dünyəvi maraqlar üçün olarsa, bu ...
Ağlamaq
Sual: Şəhid üçün ağlamaq ona əzab verir, yoxsa onu sevindirir? Anam həşduş-şəbi (xalq ordusu) sıralarında vuruşarkən şəhid olmuş qardaşım üçün çox şiddətlə ağlayır. Xahiş edirəm müfəssəl cavab verin ki, anama izah edə bilim. Allah sizə ən xeyirli mükafat bəx etsin! Cavab: Meyit ...Ayı görməklə bağlı sorğu
Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın! Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc ...Allahın adları
Sual: Bəzi kağız parçalarında Uca Allahın, məsumların(ə) adları, Quran ayələri yazılır. Bu kağız parçalarını suya və yaxud çaya atmağımız mümkün olduğu halda onu zibilliyə ata bilərikmi? Belə ki, həmin zibillərin sonradan nə edəcəklərini də bilmirik. Cavab: Bu kağız parçalarını zibilliyə atmaq ...
Baş yarmağın hökmü
Sual: Seyid cənablarının (kölgəsi davamlı olsun!) nəzərində baş yarmağın hökmü nədir? Cavab: Seyid cənabları (kölgəsi davamlı olsun!) müxtəlif ziyarətçi heyətlərin qarşısında - bəzi maraqları nəzərə alaraq - baş yarmağın nə halal, nə də haram olması barədə heç bir rəy bildirmədiyini dəfələrlə və ...
Böyük oğul
Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ...Balıq yağı
Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi? Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda ...Bürcləri oxumaq
Sual: Əl, yaxud fincan oxuyanlar, hal-hazırda və gələcəkdə baş verəcək hadisələr barədə xəbərlər verirlər. Əgər fincan sahibi, fincanının oxunmasından nəticə çıxararsa, bu halda (əl, yaxud fincan oxuyanların bu əməli), icazəlidirmi? Cavab: Onun verdiyi xəbərin dəyər və etibarı olmadığı kimi, (əl, yaxud fincan oxumaqla) əminliklə xəbər ...
Camaat namazı
Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...
Cinsiyyətin dəyişdirilməsi
Suаl: Cinsiyyətin dəyişdirilməsi icаzəlidirmi? Cаvаb: Cinsiyyəti dəyişməkdən məqsəd cərаhiyyə əməliyyаtı еtməklə kişinin аlətini və sidik kisəsini kəsib biri sidik məcrаsı, digəri isə cinsi əlаqə üçün iki dəlik аçmаq, həmin insаnın qаdınа bənzəsin deyə tərkibində qаdın hоrmаnlаrı оlаn dərmаnlаr içirtməklə оndа ...Cümə namazı
Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...Cümə namazı barədə sorğu
Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...
Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çox şəkk etmək
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Dövlət əmlakı
Sual: Mən bu ölkənin (İraq nəzərdə tutulur) vətəndaşıyam. Ev tikmək üçün torpaq ərazim yoxdur. Ailə başçısıyam və hal hazırda ailəmlə birlikdə köhnə bir evdə məskunlaşmışam. (Ev tikmək üçün) dövlət mülkiyyətində olan boş bir ərazini mənimsəmişəm. Etdiyim bu işin hökmü ...
Dəri
Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı? Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır. Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi ...Dırnaq boyamaq
Sual: Bəzi qadınlar bəzək məqsədilə dırnaqlarını təbii həddən artıq boyayırlar. Bəzən isə dırnaqıarda sınıq yarandığı üçün müalicə məqsədilə həkim müəyyən boyanın çəkilməsini tövsiyə edir və həmin boya üç gün ərzində dırnaqların üzərində qalır. Məlumdur ki, boya dəztəmaz və ya qüsl ...Dəstəmazda başa məsh çəkmək
Sual: Dəstəmazda sığal çəkmək dəstəmazın düzgünlüyü üçün şərtdirmi? Cavab: Əgər sığal çəkməkdən məqsəd məsh çəkməkdirsə, bu, dəstəmazın düzgünlüyü üçün şərtdir. Sual: Məsh çəkərkən başın dərisinə məsh çəkmək, yoxsa saçın ...
Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...
Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...
Ər və arvadın bir-birini tərk etməsi
Sual: Müsəlman qadın bir müddətdir ki, ərini tərk etmiş və yaxın gələcəkdə də əri ilə bir yerdə olacağını güman etmir. Qərbdə (qərb ölkələrində) tək başına yaşamağın çətinliyinə, o cümlədən oğurluq və ya təcavüz məqsədi ilə evinə basqın olacağı təqdirdə həyatı üçün təhlükə yaranacağına ...
Ər-arvadın bir-birini zinada ittiham etməsi
Sual: Lal olan arvadıni zinada ittiham edən şəxsin şəxsin hökmü nədir? Cavab: Əgər ər lal arvadına zinada ittiham edərsə, əbədi olaraq arvadı ona haram olar. Kar olan arvadına zina böhtanı atdıqda onun da haram olması şübhəlidir. Vacib ehtiyata əsasən, onunla evliliyi tərk etməlidir. ...Ər-arvad hüquqları
Sual: Ərin öz arvadı üzərində hansı haqları var? Arvadın öz ərinin üzərində nə kimi haqları var və ondan nə tələb edə bilər? Cavab: Daimi kəbinlə ailə qurmuş qadın– ərinin haqqı tapdalanmasa belə – ərinin icazəsi olmadan evdən bayıra çıxa bilməz. Yalnız zərurət hallarında, habelə evdə qalmağın onun ...Əl verib görüşməyin hökmləri
Sual: Kişinin qadına əl verməsinin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: Kişinin qadına və yaxud qadının kişiyə əl verməsinin hökmü nədir? Cavab: Arada əlcək kimi maneə yoxdursa, caiz deyildir. Sual: Kafirə qadına əl vermək haramdırmı? Cavab: Haramdır. Sual: Bir qız və ya qadın ...
Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ..."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...Gen müayinəsi
Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar. Həmin xanım yaxınlıq ...
Həccin qisimləri
Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç ildən az yaşayan şəxsin vəzifəsi nədir? Cavab: Təməttö həccini yerinə yetirməlidir. Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç il və ya daha çox yaşayan şəxsin vəzifəsi nədir? Cavab: İfrad və yaxud ...
Hаrаm edilmiş оyunlаr
Suаl: Hеç bir girоv qоyulmаdаn və yа kоmpyutеrdə şаhmаt оynаmаq оlаrmı? Cаvаb: İstər pul müqаbilində, istərsə də pul оlmаdаn şahmət оynаmаq hаrаmdır. Həmçinin kоmpyutеr vаsitəsi ilə iki nəfər оynаrаsа, hаrаmdır. Vacib ehtiyata əsаsən, həttа kоmpyutеrdə şаhmаt оynаyаrkən ikinci tərəf cihаz olsa belə, yеnə (şаhmаt оynаmаğı) tərk ...Həkim
Sual: Qadın müalicə üçün kişi həkimə müraciət edə bilərmi? Cavab: Əgər qadın xəstəliyi müalicə etmək üçün kişi həkimin yanına getməyə məcbur olsa və kişi həkim ixtisas baxımından daha yaxşıdırsa və yaxud daha diqqətlə xəstəni müayinə və müalicə edirsə, bu halda kişi həkimin yanına ...Heyz
Sual: Bir qadın bir neçə günü heyz hesab edib ibadət etməsə və sonradan heyz olmadığını anlasa, nə etməlidir? Cavab: Bu halda, yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər qadın bir neçə gün heyz olmadığını zənn edib ibadət etsə və sonradan heyz olduğu məlum olsa, bu halda, həmin günlərdə ...
İstiazə (Allaha sığınmaq, yəni “əuzu billahi
Sual: Hər rükətdə (Fatihə surəsindən əvvəl) “istiazə”-ni demək müstəhəbdir, yoxsa yalnız birinci rükətdə? Cavab: Yalnız birinci rükətdə. Sual: Məsum imamlara (ə) “istiazə” etmək (sığınmaq) icazəlidirmi? Cavab: İstiazə yalnız Allah-təalaya olmalıdır. Lakin Allahın izni ilə bəlaların dəf olunması ...
İçki verilən süfrə arxasında oturmaq
Sual: Müsəlman bir şəxsə görə onun oturmuş hesab ediləcəyi (bir təqdirdə) içki olan masa arxasında əyləşməsi haramdır. Burada “Masa” dedikdə nə nəzərdə tutulur? Çox sayda masalardan ibarət olan bir məclis? Yoxsa ki, sadəcə bir masa, hansı ki, iki masa arasında məsafə olduqda, (içki qoyulmayan) ...İntihar
Sual: Bir qızın şərəf və ləyaqəti müzakirə mövzusu olarsa, intihar etmək caizdirmi? Cavab: Caiz deyildir. Sual: Günahdan qorunmaq məqsədilə intihar etmə caizdirmi? Cavab: İntihar etmək haramdır və böyük günahlardandır. Sual: İslam və başqa dinlərdə intihar etməyin ...İftar vaxtı
Sual: İftar vaxtını dəqiq olaraq saat və dəqiqə ilə bizə deyə bilərsinizmi? İftar vaxtını təyin etmək bizim üçün çətindir. Cavab: Bunu təyin olunmasında etimad olunacaq hökm vacib ehtiyata əsasən, günəşin dairəsi itdikdən sonra şərq tərəfdə görünən qırmzılığın aradan getməsidir. Zaman və məkan fərqli ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...
Kağız salfetlərin üzərində səcdə etmək
Sual: Kağız salfetlərin üzərində səcdə etmək icazəlidirmi? Cavab: Kağız salfetlərin üzərində səcdə etməyin icazə verildiyi materialdan hazırlandığına əmin olmadan onun üzərində səcdə etmək icazəli deyil. Vərəq üzərində səcdə edilməsinə icazə verilən materialdan və ya pambıq və kətandan hazırlanıbsa, onun üzərində səcdə ...Kəniz hökmü
Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil.Kişilər üçün (ehram halında) kölgələnməyin
Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...
Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
Müvəqqəti nikah
Sual: Müvəqqəti nikah necə oxunur? Hansı qadınlarla müvəqqəti nikah oxumaq olar? Cavab: Əgər kişi və qadın özləri qeyri-daimi əqd oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin: زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ «Zəvvəctukə nəfsi ...
Muzaribə
Müsəlman şəxsin özünü alçatması
Sual: Müsəlman şəxsin qeyri-müsəlmanın qarşısında özünü alçatacaq bir əməl etməsi icazəlidirmi? Cavab: Müsəlman şəxsin – istər müsəlman, istərsə də kafir olsun – heç bir insanın qarşısında özünü alçatması icazəli deyil. Əgər müsəlmanın etdiyi hər hansı ...Muğarəsə (başqasının torpağında qazanc məqsədilə
Sual: Muğarəsə nə deməkdir? Cavab: Muğarəsə aşkar dəlillərə əsasən icazəlidir. Muğarəsə ağac əkmək üçün torpaq ərazisini başqa birinə verməkdir. Bu şərtlə ki, məhsul hər ikisinə məxsus olsun. Burada istər torpaq ərazisinin bir issəsinin işçiyə məxsus olması şərt olsun, istərsə də olmasın, istər əkiləcək ağaclar ...
Nəsihət
Suаl: Gеniş vüsət аlmış qərb mеdiyаsının və mədəniyyətinin dinimizi, əхlаqımızı və gələcəyimizi təhlükə аltınа аldığı bir vахtdа gənc möminlərə nə nəsihət еdirsiniz? Cаvаb: Оnlаrа rəzаlət (pis) əməllərdən çəkinməyi və gözəl dəyərlərlə mənəvi sаflıq əldə еtməyi nəsihət еdirəm. Hidаyət və müvəffəq еdən məhz ...
Naməhrəm
Sual: Gənclər arasında evlilikdən əvvəl, qeyri-qanuni bir durum yaşanmayan münasibətin hökmü nədir? Cavab: Caiz deyildir. Çünki harama düşmək qorxusu vardır. Sual: Universitetlərdə naməhrəm qızlarla deyib gülməyin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: İnternetdə ...Namazda təkfir (qolları bağlamaq)
Sual: Namazda mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq namazı batil edirmi? Cavab: Bəzi İslam məzhəblərində olduğu kimi mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq təkfir adlanır. Vacib ehtiyata əsasən, bu əməl – istər namazın bir hissəsi məqsədi ilə yerinə yetirilsin, ...Namazda bədəni örtmək
Sual: Kişi namazını ipək paltarla qıla bilərmi? Cavab: Namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızılla işlənmiş parçadan olmamalıdır. Sual: Namaz qıldığım paltar, yırtıcı heyvanın bədən üzvündən hazırlanarsa, həmin paltarla namaz qıla bilərəmmi? Cavab: Yırtıcı heyvanın bədən ...
Orucun yalnız qəzası vacib olan yerlər
Məsələ 1: İnsana bir neçə halda (əvvəldə işarə edilən hallardan başqa) ancaq orucun qəzası vacibdir və kəffarə vacib deyildir: 1. Ramazan ayı gecəsində cənabətli olan şəxs "İzahlı şəriət məsələləri" kitabında yer alan 1595-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa. 2. Orucu batil edən ...
Orucun niyyəti
Məsələ 1: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn, “sabah oruc tutacağam”-deyərək, niyyət etməsi lazım deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəlik və Onun əmrinə itaət etmək məqsədilə sübh azanından şam azanına qədər orucu batil edən işlərdən özünü qorusa, kifayətdir. Bu müddət ...Oruc və xəstəlik
Sual: Mən xəstəyəm, oruc tutanda vəziyyətim ağırlaşır. Həkim də oruc tutmağıma icazə vermir. Amma oruc tutmaq istəyirəm. Bilmək istərdim ki, oruc tutsam orucum düzgündürmü? Cavab: Xəstə insanın oruc tutmasının ona zərəri varsa (xəstəliyin çoxalmasına səbəb olarsa və yaxud müalicənin zamanını uzadarsa, yaxud da ...Orucu batil edən əməllər: imalə etmək və qusmaq
Məsələ 1: Axıcı (maye) vasitə ilə imalə etmək, çarəsizlik üzündən və müalicə üçün olsa da, orucu batil edər. Məsələ 2: Oruc tutan bilərəkdən qussa, əgər xəstəlik və bu kimi səbəblər vasitəsilə çarəsizlik üzündən olsa da, orucu batildir. Amma ixtiyarsız və ya səhvən qussa, eybi yoxdur. ...
Ölümdən sonrakı hökmlər
Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...
Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
Paltarların alqı-satqısı
Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.Pis söz danışmaq və ağzıyavalıq
Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
“Rəğaib” gecəsinin namazı
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi? Allahın adı ilə! ...
Rəsm və rəssamlıq
Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi? Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...Ruhun cinsi varmı?
Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...
Stulda əyləşərək namaz qılmaq
Sual: Əgər bir şəxs oturulu halda səcdə edə bilmirsə öhdəsindəki vacib əməl nədir? Cavab: Əgər bir kəs təşəhhüd üçün yerdə otura bilmirsə vacib ehtiyata əsasən stul kimi bir şeyin üzərində oturmalıdır. Sual: Bir kəs ayaqüstə təkbirətul-ehramı deyə bilir, lakin sonrakı əməlləri edərkən çox ...
Siqaret və qəlyan
Sual: Siqaret və qəlyan çəkməyin hökmü nədir? Cavab: Siqaret və tənbəki məhsulları (qəlyan) çəkmək gələcəkdə də olsa belə insana nəzərə çarpacaq dərəcədə zərər yetirəcəksə, bu nəzərə çarpacaq zərər məlum və ya ehtimal olunasından asılı olmayaraq ağıl sahiblərinin qorxu hissi (təhlükə hissi) ...Səcdə ayəsi
Sual: Səcdə ayəsində vacib olan əməl hansıdır və o, necə icra olunmalıdır? Cavab: Səcdə ayəsini yerinə yetirərkən niyyət etmək lazımdır. Amma onun icrasını təkbirlə (Allahu əkbər ilə) başlamağa, həmçinin təşəhhüd və salamları deməyə ehtiyac yoxdur. Bəli, səcdədən qalxan zaman təkbir demək müstəhəbdir və hətta, həmin ...Süni mayalanma
Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...
Şimal yarımkürəsində yaşayanların orucunun hökmü
Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız. 1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ...Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...Şahidlik etmək
Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
Təqiyyə edərək orucu tərk etmə
Sual: Təqiyyə edərək orucu tərk edənin hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və cinsi əlaqəyə ikrah ilə (məcburən) orucu pozarsa, orucu batildir. Bu hökm o, təqiyyə etmiş olsa da eynidir. Təqiyyə, istər — bayramları günü təqiyyə edərək orucu pozmuş olduğu kimi — orucun tərkində, istərsə ...
Təqiyyə
Suаl: Təqiyyəni tərk etməmək şərtdirmi? Cаvаb: Оnlаrlа (əhli-sünnə ilə) nаmаz qılmаq kimi məsələlərdə şərt dеyil. Lаkin imkаnı оlаrsа, özü (nаmаzın qirаətini) iхfаtlа охumаlı, əks təqdirdə isə (əgər mümkün оlmаsа) pıçıltı ilə (yalnız özünün başa düşəcəyi halda) охusun. Suаl: Təqiyyə ...Tədlis (hər hansı bir əqd bağlanarkən qarşı
Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı? Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah ...Təməttö həcci
Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1. Miqatlardan birində ehram bağlamaq. 2. Kəbənin ətrafında təvaf etmək. 3. Təvaf namazı qılmaq. 4. ...
Unutqanlıqla orucu pozan bir şey yemək
Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.
Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək
Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.Universitet tələbələrinin namaz və orucunun hökmü
Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...Unudaraq oruc pozan əməl etmək
Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...
Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...Üz qırxmaq olarmı?
Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
Vətənin hökmləri
Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...
Vətəndaş nikahı
Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...Vətəndən köçmək
Sual: Bəzi insanlar öz vətənlərini tərk etmək niyyəti olmadan müəyyən bir məqsəd üçün bir neçə il müddətinə başqa şəhərə köçürlər. Əgər məqsədləri həyata keçərsə, vətənindən çıxaraq istədiyi yerdə məskunlaşacaq. Bu halda namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarm? ...Vəsvəsə
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
Yeni təvaf yerinin hökmü
Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...
Yеtimin hökmləri
Suаl: Yеtim оğlаn və yа qız uşаğınа hаqlаrı оlаn yеtim mаlı vеrmək üçün ən аzı nеçə yаşı оlmаlıdır? Cаvаb: Şəriətə əsаsən yеtim şəri mükəlləfiyyət yаşınа çаtmаyаn şəхs hеsаb оlunur. Yəni hicri qəməri ili hеsаbı ilə qız 9 yаş, оğlаn isə 15 yаşа çаtmаlı yахud üzündə cоd tükün ...Yеmək hаzırlаyаrkən isrаfçılıq еtməyin hökmü
Suаl: Bizim məntəqədə Pеyğəmbərin (s) nəvəsi və оnun səhаbələrinin şəhid оlmаsı münаsibəti ilə bir çох yеrlərdə çохlu sаydа əzа məclisləri təşkil оlunur. Möminlərin bu işdə fəаllığı, əhli-bеytə оlаn məhəbbətin cаnfəşаnlığı nəticəsi оlаrаq insanlar hüsеyni məclislərdə iştirаk еdir, mаtəmlərdə həmin məclislərə ...Yаd kişi ilə хəlvət yerdə qalmaq
Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi? Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil. Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi? Cаvаb: ...
Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...
Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...Ziyarət
Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...
Qohum-əqraba ilə əlaqəni qorumağın hökmləri
Məsələ 1: Qohum-əqraba ilə əlaqəni qorumaq hər bir müsəlmana vacibdir və bu əməli tərk etmək isə böyük günahlardandır. Allah bu vacibə əməl etməyəni Cəhənnəm atəşində yandıracağını vəd edib. Ümumiyyətlə, qürbətdə yaşayanların bu vacibə riayət etməyi öz ölkələrində riayət etmələrindən üstündür. ...
Qeybət
Sual: 1. Kafirin qeybətini etmek gunahdırmı? 2. Universitetdə (iş yerində) mənə haqsızlıq edilərsə bunu digər iş yoldaşlarımla paylaşmağım (ümumi universitetdə olan hadisələri şəxslərin adları olmadan, amma vəzifələrini söyləməklə) qeybət sayılırmı? Məsələn, deyirəm ki, əmək haqqımı azaltdılar, buna səbəbkar ise filan ...Qаdının tibb bаcısı işləməsinin hökmləri
Suаl: Sаrğı işi ilə məşğul оlаn tibb bаcısınа işi əsnаsındа vаcib оlаn əməllər hаnsılаrdı? Cаvаb: İхtiyаri hаldа хəstənin bədəninə tохunmаsı və bахılmаsı hаrаm оlаn yеrlərə bахmаsı icаzəli dеyil. Əgər хəstənin sаrğı və bu kimi işlərə еhtiyаcı vаrsа, həmin işin yеrinə yеtirilməsi tохunmаq və yа bахmаqdаn аsılı оlаrsа, həmçinin, bu işi ...Qucаqlаşmа
Suаl: Səfər еdən müsəlmаn şəхs qаrşılаmа və yа yоlа sаlmа əsnаsındа insаnlаrın qаrşısındа həyаt yоldаşı ilə qucаqlаşıb оnu öpür. Bu əməl icazəlidirmi? Cаvаb: Hicаbа riаyət еdilməklə və еhtirаs yаrаtmаmаsı şərti ilə bu əməl hаrаm dеyil. Lаkin bеlə əməllərdən çəkinmək dаhа yахşıdır. Suаl: Hаvа limаnındа və ...
Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...
Xeyriyyə cəmiyyətləri
Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...Xarici ölkələrin qanunları
Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək. Cavab: Bu işə ...