Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ariyə
Sual: Ariyənin tərifi nədir? Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir. Sual: Ariyə hansı halda baş verir? Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə ...
Ağacların kəsilməsi
Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...Az su
Sual: Az su nəyə deyilir? Cavab: Yerdən qaynamayan və kür su miqdarından az olan suya “az su” – deyilir. Sual: Az su necə nəcis olur? Cavab: Az su nəcis bir şeyin üzərinə axarsa və ya nəcis bir şey az suya toxunarsa, nəcis olar. Lakin az su yuxarıdan təzyiqlə nəcis bir şeyin üzərinə ...Atılmış uşağın hökmü
Suаl: Küçəyə аtılmış uşаğın hökmü nədir? Cаvаb: Аtılmış uşаğа sаhib çıхmаq müstəhəbdir. Əgər оnu qоrumаq оnа sаhib çıхmаqdаn аsılıdırsа, bu, kifаyi оlаrаq vаcibdir. İstər həmin uşаq аiləsi tərəfindən – хərclərini ödəməkdə аciz оlduqlаrı üçün və yа (zinаdа) ittihаm оlunmаmаq ...
Birja
Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi? Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd ...
Beyin ölümü
Sual: Bəzi mütəxəssislər insan beyni dayanarkən, hətta nəbz vursa belə, artıq öldüyünü söyləyərək qeyd edirlər ki, beyinin dayanması, qəlbin də dayanmasına səbəb olacaq. Buna görə də, belə bir sual meydana çıxır; beyni ölən lakin, nəbzi vuran şəxsi meyit hesab etmək olarmı? Cavab: Meyitin ...Balıq yağı
Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi? Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda ...Bayramlar və əlamətdar günlər
Sual: “Milad bayramı”-nı qeyd etmək, icazəlidirmi? Cavab: Əgər bu küfrə, günaha və çalıb-oxumağa rəvac verərsə, icazəli deyil. Sual: Əlamətdar günlərdə atəş açmaq (güllə atmaq), icazəlidirmi? Cavab: Əgər bu barədə (bunu qadağan edən) qəbul edilmiş qanun varsa, onu pozmaq icazəli deyil. Sual: ...
Cinsi tərbiyə
Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...
Cinsi yaxınlıq
Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...Cəbirə (sarğı)
Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...Camaat namazı
Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çox şəkk etmək
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
Dini еtiqаdın zəifləməsi
Suаl: Dini еtiqаdın zəifliyi dedikdə nə nəzərdə tutulur? Cаvаb: Fəqihlərin nəzərinə görə, dini еtiqаdın zəifliyi оğurluq, yаlаn dаnışmаq, qеybət еtmək, аrаq içmək və bаşqа hаrаm оlunmuş günаh əməlləri еtmək, yа dа nаmаz qılmаmаq, оruc tutmаmаq, həccə gеtməmək və bаşqа vаcib buyurulmuş əməlləri tərk еtməkdən ibarətdir. Suаl: ...
Döyüşçülərin dəbilqə və qoruyucu geyimlərdən
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərceyi-təqlid müctəhid Seyid Əli Sistaninin dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Bildiyiniz kimi, savaş meydanlarında döyüşçülərin dəbilqə və qoruyucu geyimlərdən istifadə etmələri onların baş və sinələrini güllə və qəlpə kimi təhlükələrdən ...Dövlət müəssisələrində işləmək
Sual: Dövlət müəssisində işləyib aylıq əmək haqqı alan şəxsin heç bir səbəb olmadan iltizamsızlıq edərək işə gəlməməsi və əmək haqqını da tam şəkildə alması, icazəlidirmi? Cavab: İcazəli deyil. Sual: İş maraqlarına zidd olmadığı təqdirdə, işdə yatmaq icazəlidirmi? Cavab: İş maraqlarına zidd olmasa belə, əmək ...Dənizdə namaz qılmaq
Sual: Bir şəxs dalğıc vəzifəsində işləyir. Əgər suya daxil olduqda namazın vaxtı çatarsa, əvvəlcədən dəstəmazlı olduğu və kompas vasitəsi ilə qibləni təyin edə biləcəyi halda dənizin dibində namaz qılması icazəlidirmi, yoxsa dənizdən çıxdıqdan sonra namaz qılmalıdır? Həmçinin, əgər namazın vaxtı dar olarsa, nə etməlidir? ...
Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...
Əks cinslər аrаsındа sevgi münasibətləri
Suаl: Əks cinslər аrаsındа sеvgi, məhəbbət icazəlidirmi? Cаvаb: Əgər tədricən olsa belə, hаramа düşmək qоrхusu оlаrsа, qаrşı tərəfə məhbbəti bildirmək icаzəli dеyil. Suаl: Gənc оğlаnın qız sеvməsi bаrədə rəyiniz nədir? Cаvаb: Əgər hаrаmа səbəb оlаrsа və yа hаrаmа düşmək təhlükəsi vаrsа, icаzəli dеyil. Suаl: İntеrnеt vаsitəsi ...
Əyləncə və çalğı alətləri
Sual: Qaval və təbil müştərək alətlərdən sayılırmı? Toylarda həmin alətlərdən əyləncə üslubu olmadan istifadə etmək, icazəlidirmi? Cavab: Əgər çalğı, əyləncə və oyun məclislərinin musiqisinə uyğun olsa, icazəli deyil. Sual: Əyləncə alətlərinin alış-verişi, icazəlidirmi? Cavab: Haram edilmiş əyləncə alətlərinin alış-verişi ...Əhli-sünnə təqviminə əsasən iftar etmək
Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir? Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt ...Əntiq əşyаlаrın аlış-vеrişi
Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...
Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...Gündəlik vаcib nаmаzlаrın vахtlаrı
Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...
Havaya atəş açmaq
Sual: İslamın ən əsas təlimlərindən biri cəmiyyətdə nizam-intizamı qorumaqdır. Buna görə də cəmiyyətimizin daxilində bəzi insanların toplum içərisində havaya atəş açmaları kimi əməlləri ürəyimizi ağrıdır. Həmçinin bu, cəmiyyətdə, xüsusilə də, uşaqlarda qorxu və həyacan yaradır. Hətta bəzi hallarda uşaqlarda ...
Heyz
Sual: Bir qadın bir neçə günü heyz hesab edib ibadət etməsə və sonradan heyz olmadığını anlasa, nə etməlidir? Cavab: Bu halda, yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər qadın bir neçə gün heyz olmadığını zənn edib ibadət etsə və sonradan heyz olduğu məlum olsa, bu halda, həmin günlərdə ...Həccin qisimləri
Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç ildən az yaşayan şəxsin vəzifəsi nədir? Cavab: Təməttö həccini yerinə yetirməlidir. Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç il və ya daha çox yaşayan şəxsin vəzifəsi nədir? Cavab: İfrad və yaxud ...Hilalın sabit olması
Sual: Astronomiya elminin — yanılmaq ehtimalı nisbətinin, demək olar ki, olmadığı — möhkəm elmi əsaslara və dəqiq riyazi hesablamalara istinad etməsinə baxmayaraq, ağamız (kölgəsi üstümüzdən əskik olmasın!) qeyd etmişdir ki, ayın görünməsi astronomların verdikləri məlumatlar ilə təsbit olmur. ...
İş nizam-intizamına riayət etmək
Sual: Özəl şirkətdə işləyən şəxsin rəsmi iş vaxtında internet səhifələrinə və sosial şəbəkələrə baxması icazəlidirmi? Belə ki, o, yalnız boş vaxtlarda bu işlə məşğul olur və bu, işin gedişatına heç bir mənfi təsir göstərmir. Bu, icazəlidirmi? İşçi iş qaydalarına riayət etməsə, onun aldığı məvacibin hökmü ...
İdman
Sual: Qadınların güləşin müxtəlif növləri ilə məşğul olmaları, caizdirmi? Cavab: İnsanın özünə və başqasına haram olan həddə zərər verəcək işlərlə məşğul olması, caiz deyildir. Sual: Qadının, qarışıq kütlə qarşısında idmanla məşğul olması caizdirmi? Cavab: Caiz deyildir. Sual: Qızların ...İmtahan zamanı saxtakarlıq etmək
Sual: İmtahan zamanı hər hansı bir formada saxtakarlıq etmək, icazəlidirmi? Cavab: Məktəb imtahanlarında istər tələbələrin bir-birinə kömək etməsi, istər gizli vərəqlərdən istifadə, istər nəzarətçini aldatmaq, istərsə də nizam-intizama zidd olan qeyri-qanuni yollarla saxtakarlıq etmək, icazəli deyil. Sual: Avropanın rəsmi ...İstibra
Sual: İstibranın düzgün qaydası necədi? Cavab: Barmaqla ğaitin məxrəcindən alətin kökünə qədər üç dəfə çəkmək sonra bir barmaq alətin üstündə, digəri isə altında olmaqla alətin sünnət yerinədək üç dəfə çəkmək və üç dəfə alətin baş hissəsini sıxmaq. Sual: Hər dəfə sidik ifraz etdikdən sonra qüsl etməliyəmmi? Cavab: Vacib deyil. Əgər cinsi ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
"Korona" virus pandemiyası ərəfəsində Ramazan
Mübarək Ramazan ayı yaxınlaşır və "Korona" virusu hələ də müxtəlif bölgələrdə yayılmaqda davam edir. Həkimlər məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olataq su içməyi məsləhət bilirlər. Çünki bədəndəki su çatışmamazlığı onun (virusun) aradan getmə ehtimalını azaldır. Belə ki, boğaz quru olduğu zaman ora virus düşərsə, ...
Kosmetik kremlər
Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi? Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir. Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın ...Tibbi personalın “Korona virusa” yoluxmuş
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə
Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.
Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
Müalicə
Sual: Bir nəfər cavan oğlan narkotik maddələrin istifadəçisi olub. Hal-hazırda o narkotik maddələrin istifadəsini tərk edib. Lakin onun bədəni bu maddələrin təsiri nəticəsində şiddətlə ağrayır. Bəzi şəxslər ona bu ağrıların qarşısını almaq üçün araq və konyak kimi spirtli içki içməsini tövsiyə edir. ...
Möhtəkirlik
Suаl: Bəzi tеlеkаnаllаrın dünyа futbоl çеmpiоnаtını yаyımlаmаq hüquqndа möhtəkirlik еdərək həmin kаnаlа üzv оlаnlаr istisnа оlаrаq bаşqаlırının müşаhidə еtməsinə mаnе оlmаlаrının hökmü nədir? Cаvаb: Bu işdə möhtəkirlik, icazəlidir. Bаşqаsının mаlındаn istifаdə еtmədikcə yayım hüququnu аlmаq və ...Müsafirin orucu
Sual: Mən xaricdə yaşayıram. Valeideynlərimi görmək üçün səkkiz günlüyünə ölkəmə gəlmişəm. Hal hazırda valideynlərimin evindəyəm. Oruc tuta bilərəmmi? Cavab: Əgər atanızın yaşadığı şəhər, sizin doğulduğunuz yer deyilsə, namazlarınızı qəsr olaraq qılmalısıznız. Orucunuz isə düzgün ...Müsəlman şəxsin özünü alçatması
Sual: Müsəlman şəxsin qeyri-müsəlmanın qarşısında özünü alçatacaq bir əməl etməsi icazəlidirmi? Cavab: Müsəlman şəxsin – istər müsəlman, istərsə də kafir olsun – heç bir insanın qarşısında özünü alçatması icazəli deyil. Əgər müsəlmanın etdiyi hər hansı ...
Namazın qunutu
Sual: Qunut tutmaq bütün namazlarda, müstəhəbdirmi? Cavab: Gündəlik namazların hamısında bir dəfə - istər vacib namaz olsun, istərsə də nafilə (müstəhəb), hətta “şəf” namazı istisna olmaqla, bütün nafilə namazlarında - qunut tutmaq, müstəhəbdir. Amma “şəf” namazında lazım ehtiyata ...
Namazla bağlı şəklər
Sual: Müstəhəb və ehtiyat namazlarında şəkk etmək, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında imamın rəkətlərin sayını bildiyi halda, məmumun rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında məmumun rəkətlərin sayını bildiyi halda, ...Namaz vaxtları
Sual: İnsan namazlarını nə zaman qıla bilər? Cavab: İnsan yalnız, vaxtın daxil olduğuna əmin olduğu və yaxud iki ədalətli şahidin namazın daxil olduğunu bildirdiyi zaman, namaza başlaya bilər. Sual: Bir şəxsin, namaz vaxtı barədə verdiyi xəbərə etimad etmək olarmı? Cavab: Namaz vaxtlarına dəqiq olaraq riayət etdiyinə əmin ...Namaz
Sual: Əhli-Beyt(ə) dostlarının, namazları üç vaxtda qılmalarının maneəsi varmı? Cavab: Əhli-Beyt(ə) məzhəbində namazlar üç vaxtda qılına bilər. Belə ki, sübh namazı doğrucul fəcrdən sonra gün çıxana qədər olan vaxt daxilində, zöhr və əsr namazları Günəşin zavalından gün batanadək, ...
Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və
Sual: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caizdirmi? Cavab: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caiz olsa da, udmaması daha yaxşıdır. Həmçinin oruc tutanın ağzına yığışmış ağız suyunu, çox olsa belə, udması caizdir. Sual: Oruc tutanın sinəsindən və başından gələn qatı mayeni – buna bəlğəm deyilir ...
Oruc halında dişləri fırça və məcunla
Sual: Dişlərini məcunla yuyan və lakin (ağız suyunu) bilməyərəkdən udan şəxsin orucunun hökmü nədir? Cavab: Əgər qarqara zamanı (ağız suyunu udmayacağına) əmin idisə, orucu batil olmaz. Sual: Səhər məktəbə getməzdən əvvəl diş məcunundan istifadə etmək orucu batil edirmi? Cavab: Caizdir, (dişlərini məcunla yuduqdan) sonra ağız ...Orucu batil edən əməllər: Allah və Peyğəmbər(s)
Məsələ 1: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və bu kimi hər hansı bir yolla Allah, Peyğəmbər(s) və on iki imamlardan(ə) birinin adından bilərəkdən yalan desə, hətta sonra dərhal “yalan dedim”-deyərək tövbə etsə belə, vacib ehtiyata əsasən, orucu batildir. Həmçinin xanım Fatimeyi-Zəhra(ə), digər peyğəmbərlər(ə) və ...Oruc və dodaqları nəm etmək
Sual: Oruc tutduqda dodaqları nəm etməyin hökmü nədir? Cavab: Orucun düzgünlüyünə xələl gətirməz. Bəli, əgər rütubətin ağız boşluğuna və ağız suyuna qarışaraq aradan getməməsi və oradan da qarın boşluğuna keçməsi – hiss olunacaq dərəcədə – fərz olunarsa orucu pozar.
Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...Ölümdən sonrakı hökmlər
Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
Peyk kanalları
Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...Plastik əməliyyatlar
Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...Pis söz danışmaq və ağzıyavalıq
Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
Riyа
Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...
Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən
Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...Rukunun hökmləri
Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...
Suyun hökmləri
Sual: Mütləq və muzaf su nə deməkdir? Cavab: Muzaf su; qarpız suyu və gül suyu kimi bir şeydən alınan, yaxud palçığlı su kimi artıq su deyilməyəcək şəkildə qarışmış suya deyilir. Bunlardan başqa yerdə qalan sular mütləq sudur. Sual: Mütləq su, neçə qisimdir? Cavab: Mütləq su, beş ...
Səfərdə namaz və orucun hökmü
Sual: Səfərdə namaz və orucun hökmü necədir? Çox səfərə çıxanların (kəsirus-səfər) namaz və orucu necədir? Cavab: Əgər hər ay ən azı 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox belə davam etmək istəyirsinizsə, “kəsirus-səfər” (çox səfər edən) sayılırsınız. ...Stulda əyləşərək namaz qılmaq
Sual: Əgər bir şəxs oturulu halda səcdə edə bilmirsə öhdəsindəki vacib əməl nədir? Cavab: Əgər bir kəs təşəhhüd üçün yerdə otura bilmirsə vacib ehtiyata əsasən stul kimi bir şeyin üzərində oturmalıdır. Sual: Bir kəs ayaqüstə təkbirətul-ehramı deyə bilir, lakin sonrakı əməlləri edərkən çox ...Süni mayalanma
Sual: Süni mayalanmanın hökmü nədir? Cavab: Qadına, istər evil olsun, istər də olmasın, istər özü və əri razı olsun, istər də olmasın, istər süni mayalanmanı əri etsin, istər də başqası, başqa birinin sperması ilə mayalanması, caiz deyildir. Sual: Əgər bir qadın, ərinə aid olmayan sperma ilə ...
Şəvval ayının altı gününün orucu
Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...Şimal yarımkürəsində yaşayanların orucunun hökmü
Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız. 1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ...Şəri çəkilər
Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...
Talaq iddəsi
Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...
Təvəssül
Sual: Əhli-beytin (ə) haqqını tanıyıb onları sevən bir şəxsin təvəssül etmədən Allaha dua edərək yalvarması icazəlidirmi? Belə ki, həmin şəxs Allahın qullarına nemət verib yaxşılıq etməsi inancına sahibdir? Cavab: Bu iş, icazəlidir. Lakin dua həzrət Peyğəmbər (s) və əhli-beytini (ə) təvəssül etməklə əlaqəli olduğu zaman daha ...Təqlid
Sual: İnsan Üsuli-dində müctehidə təqlid edə bilərmi? Cavab: Müsəlmanın Üsuli-dində (dinin əqidə əsasları) olan əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. İnsan əqidə əsaslarında təqlid edə bilməz. Belə ki, o, əqidə əsaslarında hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərə qəbul edə ...Təbliğ və dəvət
Suаl: Əgər mükəlləf şəхs qеyri-müsəlmаnlаrı İslаmа dəvət еtmək və qеyri-müsəlmаn ölkəsində dininə hеç bir хələl gəlmədən İslаm dinini möhkəmlətmək iqtidаrındа оlаrsа, təbliğ еtmək оnа vаcibdirmi? Cаvаb: Bəli, оnа və bu işi yerinə yetirməyə iqtidаrı оlаn hər kəsə vаcib kifаyidir. Suаl: İnsаnın qеyri-müsəlmаn ...
Unudulmuş səcdə
Sual: Namazdan sonra unudulmuş səcdəni, hansı şərtlərlə qəza etmək lazımdır? Cavab: Namazdan sonra unudulmuş səcdəni qəza etmək üçün, bədən və paltarın pak olması, qibləyə doğru yönəlmək kimi namazın bütün şərtlərinin mövcud olması lazımdır.
Uşаqlаrа аd qоymа
Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...Uşаq оyunlаrı
Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...Uşaq saldırmaq (abort)
Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...
Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək
Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...
Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
Vəhşət namazı
Sual: Vəhşət namazı nədir? Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir. Sual: Vəhşət namazı necə qılınır? Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on ...
Vətəndən köçmək
Sual: Bəzi insanlar öz vətənlərini tərk etmək niyyəti olmadan müəyyən bir məqsəd üçün bir neçə il müddətinə başqa şəhərə köçürlər. Əgər məqsədləri həyata keçərsə, vətənindən çıxaraq istədiyi yerdə məskunlaşacaq. Bu halda namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarm? ...Vergilər
Sual: Mühacirətdə yaşayan müsəlmanın hökümətə vergi ödəməsi vacibdirmi? Cavab: Müsəlmanların nüfuzuna xələl gətirmək kimi hər hansı bir maneə olmadığı təqdirdə, onun vergi ödəməkdən yayınması icazəlidir. Sual: Vergidən yayınmaq icazəlidirmi? Cavab: Əgər şərt əsasında bağlanan müqavilə ...Vətəndaş nikahı
Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...
Yalan yəmin etmək
Sual: Yalan yəmin etməyin tərifi nədir? Cavab: Yalan yəmin etmək – (məhkəmədə) iddia barədə qərar qəbul edilərkən içilən yalan anddır. Sual: Yalan yəmin etmək haram edilibmi? Cavab: Yalan yəmin etmək haram edilmiş əməllərdən və böyük günahlardandır.
Yeməli və içməlilərlə bağlı məsələlər
Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...Yeməli və içməlilərin hökmləri
Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi? Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir. Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi? Cavab: Bu ...
Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...Zəkat
Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...
Qadınların ziyarətə getməsi
Sual: Biz Azərbaycanda yaşayan şiələrik: 1. Bizim ölkədə xanımlar şəxsiyyət vəsiqəsi və xarici pasport almaq üçün hicabsız şəkil çəkdirmək məcburiyyətindədirlər. Əgər şəkil hicabsız olmasa vəsiqə və ya pasport onlara verilmir. Bu halda nə etməldilər? 2. Xanımlar Həcc, Məşhəd, Kərbəla və bu kimi başqa ziyarətlərə ...
Qəza orucu
Sual: Üzərində nəzir və yaxud əcir orucu kimi, Ramazan ayıdan başqa bir vacib orucu olan ata, onu yerinə yetirməmişdən əvvəl ölərsə, böyük oğula onu qəza etməsi vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Ramazan ayının orucunu tutmayan şəxs, eyni gündə bir neçə dəfə cinsi əlaqəyə girsə, yaxud ...Qeyri-qanuni məvacib
Sual: Bir nəfər dövlət işində işləyərkən, oranın müdiri insanlardan yığılan rüşvət pulu ilə işçilərə müəyyən məbləğdə pul verirdi. Həmin dövlət işçisinin indi, vəzifəsi nədir? O pulları nə etməlidir? Boynunda haqq varmi? Cavab: Əgər bilsə ki, mal sahibləri razı deyil, fəqirlərə sədərə verməlidir.Qeyri müsəlmanlara münasibət
Sual: Vəfat etmiş qeyri-müsəlman şəxs əgər qonşu olarsa, onun dəfn mərasimində iştirak etmək icazəlidirmi? Cavab: Əgər o və dəfndə olanlar İslam və müsəlmanlara qarşı düşmənçilik hissi bəsləmirlərsə, onun dəfn mərasimində iştirak etməyin heç bir maneəsi yoxdur. Lakin daha yaxşı olar ki, cənazənin önündə ...
Xərclərin ödənilməsi
Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...
Xeyriyyə cəmiyyətləri
Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...